Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Qızdırıcı kompresin düzgün qoyulmaması özünü nə ilə göstərir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə47/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   274
Tibb bacisi test suallari

 
158. Qızdırıcı kompresin düzgün qoyulmaması özünü nə ilə göstərir? 
A) Kompres qoyulan yerdə ağrı azalır 
B) Kompres qoyulan yer isinir 
C) Xəstə üşüyür
D) Kompres qoyulan yerdə iltihabi proses sorulur 
E) Kompres qoyulan yerdə qan damarları genişlənir 
Kompres 3 qatdan ibarətdir. I) 6-8 qatlı tənzif II)müşəmbə III)pambıq və ya qalın 
parça.Müşəmbə və ya pambıq I qatı tam örtmədikdə kompreslə dərinin arasına hava
daxil olur və dəri soyuyur, xəstə üşüyür. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 55 “ 
Çıraq”, 2008. 
 
159. Növbə (növbəni qəbul etmək və təhvil vermək) zamanı aşağıda 
göstərilənlərdən hansı tibb bacısının səhvidir? 
A) Növbəni qəbul edən tibb bacısı narkotik maddələrin yerində olub olmadığını 
yoxlayır, jurnala qol çəkir 
B) Növbəni qəbul edən tibb bacısı özündən əvvəlki tibb bacısı ilə palataları gəzir, 
ağır xəstələri xüsusi jurnalda qeyd edir 
C) Növbəni qəbul edən tibb bacısı termometrləri, dərmanları, A və B şkafının 
açarlarını təhvil alır 
D) Tibb bacısı öz növbəsi bitdikdə onu əvəz edən şəxsi gözləmədən gedir
E) Təyinatların və laborator göndərişlərin siyahısını alır 
Xəstələrin ardıcıl müalicəsinin mühüm amillərindən biri növbənin başqasına təhvil 
verilməsidir. Tibb bacısı onu əvəz edən şəxs gəlməyincə postdan gedə bilməz. 


48 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 68“ 
Çıraq ” 2008. 
160. Ödemli xəstəyə qulluq edərkən tibb bacısı hansı qaydalara əməl etməlidir? 
A) Ödemli xəstəni hər gün tərəzidə çəkməlidir 
B) Sadalananlarin hamısına
C) Nəzarət etməlidir ki, sutkalıq sidik ayaq yolunda qoyulmuş 3 litrlik balona yığılsın 
D) Xəstənin ayağında ödem varsa isitqacı ayağa qoyarkən dəsmala bükməlidir 
E) Xəstənin yataqda vəziyyətini tez-tez dəyişməlidir 
Ödem su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarına və toxuma arası 
sahələrə suyun toplanmasıdır. Aydın görünən ödemlərdən əvvəl mayenin gizli 
ləngiməsi olur, bunu bilmək üçün tibb bacısı hər gün xəstəni tərəzidə çəkir. Ağır 
hallarda xəstənin ayaqları çox şişir, bu zaman dərinin hissiyyatı azalır, ona görə 
isitqac qoyarkən yanıqlar baş verməsin deyə tibb bacısı isitqacı dəsmala bükür, 
ödemli xəstədə yataq yaraları tez əmələ gəldiyinə görə tibb bacısı ödemli xəstənin 
vəziyyətini yataqda tez-tez dəyişməlidir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 72 “ 
Çıraq ” 2008 . 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin