45
151. Müayinə üçün əsnəkdən material götürərkən tibb bacısı aşağıda
sadalananlardan hansını düz etmir?
A) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür.
B) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür
C) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır
D) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır
E) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra
götürür
Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürülür, bu zaman dili
şpatellə tutub saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa
arasındakı sərhəddən götürülür. Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici
məhlulla yaxaladıqdan dərhal sonra yaxma götürmək olmaz, çünki bu analizin
göstəricisini dəyişə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51
Bakı 2008.
Dostları ilə paylaş: