47
157. Qusuntu kütləsinin laboratoriyaya göndərmək lazım gəldikdə tibb bacısı
aşağıda sadalananlardan nəyi düz etmir?
A) Qusuntunu üzərində miqdarı dərəcələnmiş bankaya yığır
B) Qusuntunu ağzı enli bankaya töküb, ağzını bağlayır
C) Xəstə barədə lazımi məlumatları və analizin məqsədini yazıb bankaya yapış-
dırır
D) Xəstə sutkada bir neçə dəfə qusursa, hər dəfə qusuntunu ayrıca qaba yığır
E) Qusuntunu dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti yerdə
saxlayır
Qusuntu kütləsini dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti deyil,
sərin yerdə saxlamaq lazımdır, çünki istinin təsirindən orada çürümə prosesi
sürətlənir və bu da analizin göstəricisini dəyişə bilər. Xəstə sutkada bir neçə dəfə
qusarsa, hər dəfə qusuntunu ayrıca qaba yığmaq lazımdır, çünki qusuntunun
keyfiyyətcə və miqdarca fərqinin diaqnostika üçün böyük əhəmiyyəti vardır.
Qusuntunun miqdarını dəqiq bilmək üçün onu üstü dərəcələnmiş bankaya yığmaq
lazımdır
.
Ədəbiyyat:
N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 33
Bakı 2008
Dostları ilə paylaş: