Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə66/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   274
Tibb bacisi test suallari

214. Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir? 
A) Səhər- sifon imaləsi 
B) Axşam-təmizləyici imalə 
C) Səhər və axşam təmizləyici imalə 
D) Axşam-yüngül şam yeməyi, səhər-acqarına
E) Səhər və axşam sifon imaləsi 
Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 6
00
-dan gec olmayaraq yüngül 
şam etməli, müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və 
siqaret çəkməməlidir. 
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194. “ Təhsil” Bakı 
1998. 
215.Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik 
müayinəsinə hazırlanması necə həyata keçirilir? 
A) Səhər- sifon imaləsi 
B) Axşam-təmizləyici imalə 
C) Səhər və axşam təmizləyici imalə 
D) Axşam-yüngül şam yeməyi, səhər-acqarına
E) Səhər və axşam sifon imaləsi 
Endoskopik müyinə əsasən səhər, acqarına aparılır, çünki mədədə qida olduqda 
xəstədə qusmaya meyilli olur, bu da diaqnostikanın aparılmasını çətinləşdirir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 212 “ Təhsil “ Bakı
1998 


66 
216. Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir? 
A) Axşam-yüngül şam yeməyi, səhər-acqarına 
B) Səhər və axşam təmizləyici imalə 
C) Səhər- sifon imaləsi 
D) Axşam-təmizləyici imalə 
E) Müayinədən üç gün əvvəl tərkibində dəmir olan qidaları rasiondan çıxarmaq 
Həzm traktı orqanlarının, o çümlədən mədənin planlı rentgenoloji müayinəsi səhər 
acqarına aparılmalıdır. Müayinə aparılanadək xəstə qida, dərman və maye qəbul 
etməməlidir, siqaret çəkmək də qadağan edilməlidir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.210 “ Təhsil” Bakı 
1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin