Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə69/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   274
Tibb bacisi test suallari

224. Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur? 
A) Dəriyə 
B) Düzbağırsağa 
C) Dilaltı
D) Tənəffüs yoluna
E) Uşaqlıq yoluna 
Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. 
“Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı
1998.
 
225. Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır? 
A) Dəriiçi 
B) Ağızdan
C) Düz bağırsaqdan
D) Dəriyə, selikli qişaya
E) Dərialtı 
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, 
burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən 
dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir. 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı
1998. 
226. Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz? 


69 
A) Müalicə effekti olmur 
B) Xəstəni narahat edir 
C) Bağırsaq divarında yara əmələ gələ bilər
D) Sterilliyi pozulur 
E) Qeyri-iradi nəcis ifraz olunur 
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda 
düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ 
bilər. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı
1998. 
227. Kateterizasiyadan əvvəl kateterə nə sürtülür? 
A) Antiseptik məhlul 
B) Qliserin 
C) Steril vazelin yağı
D) Təmiz su 
E) Bitki yağı 
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün 
kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edilir, lakin 
kateteri yeritməzdən əvvəl mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə 
kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir. 
Ədəbiyyat: C.N. Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229. “ Təhsil” Bakı 
1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin