Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə71/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   274
Tibb bacisi test suallari

 
231. Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır? 
A) Düz bağırsağa 
B) Dilaltına
C) Tənəffüs yoluna
D) Dəriyə
E) Uşaqlıq yoluna
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi 
yoludur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 
“Çıraq “ 2008. 
232. “B” siyahısına aid dərman maddələrinin əsas fərqləndirici xüsusiyyəti
hansıdır? 
A) Bahalı olması 
B) Güclü təsir göstərməsi
C) Zəhərli olması 
D) Yuxugətirici təsirinin olması 
E) Antibiotiklərdən ibarət olması 
“B” siyahısına çox güclü dərmanlar daxildir və bu dərmanlar stasionarda taxtadan 
qayrılmış ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 
günlük tələbatdan çox olmamalıdır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 
108“Çıraq “ 2008 


71 
233. “A” siyahısına aid dərman maddələrinin əsas fərqləndirici xüsusiyyəti
hansıdır? 
A) Hipotenziv təsirli olması 
B) Yuxugətirici təsirinin olması 
C) Güclü təsir göstərməsi 
D) Zəhərli olması 
E) Desensibilizasiyaedici olması 
Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda 
saxlanılan zəhərli dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik
ən yüksək dozası və sutkalıq dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların 
ehtiyatı 5 günlük tələbatdan artıq olmamalıdır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108.
“Çıraq2008 
234. Dəriiçi inyeksiya hansı nahiyədə aparılır? 
A) Sağrı 
B) Saidin içəri səthi
C) Göbək ətrafı nahiyədə 
D) Bazunun içəri səthi 
E) Budun bayır səthi 
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə qarşı orqanizmin 
həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya 
saidin ön səthinin aşağı hissəsində aparılır. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 
1998. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin