Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 İsti kompresi neçə dəqiqədən bir dəyişilməlidir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə79/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   ...   274
Tibb bacisi test suallari

 
259. İsti kompresi neçə dəqiqədən bir dəyişilməlidir? 
A) 50 
B) 2-3 
C) 30 
D) 10 -15 
E) 60 
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, 
üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedur iltihab ocaqlarının tez 
sorulmasına kömək edir və ağrını kəsir. İsti kompress hər 10-15 dəqəqədən bir
soyuduqca dəyişilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56.
“Çıraq “ 2008 
260. Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C
0
)? 
A) 1,0-1,5 
B) 0,8-1,0 
C) 0,3-0,8
D) 0,1-0,2 
E) 1,5-2,0 
Sağlam şəxsdə bədən temperaturu sabit olub səhər və axşam temperaturları 
arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o
qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və 
verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82.
“Çıraq “2008 
261. Febril bədən temperaturu hansı həddə dəyişir (C
0
)? 
A) 36,0-37,0 


79 
B) 39,0-41,0 
C) 37,1-38,0 
D) 38,1-39,0
E) 36,5-37,5 
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində 
dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır. 
 
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998 
 
262. Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır? 
A) Əzələdaxili 
B) Venadaxili 
C) İntraspinal (onurğa kanalına) 
D) Peroral (ağızdan)
E) Dərialtı 
Dərmanlar enteral olraq 3 yolla qəbul edilir : dilin altına qoymaqla , ağızdan yəni 
peroral mədə-bağırsağa ötürülməklə, və düz bağırsaqdan yeritməklə. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 
1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin