272. Ürək yığılmalarının sayı dəqiqədə 110 vurğudur – bunu aşağıdakı hansı terminlə ifadə etmək olar? A) Norma
B) Bradikardiya
C) Ekstrasistoliya
D) Taxikardiya
E) Səyrici aritmiya
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 70-80 vurğudur. Bundan çox olarsa bu taxikardiya adlanır.
82
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 180. “ Təhsil”Bakı 1998 273. Arterial təzyiq 180-110 mm civə st-dur - bunu aşağıdakı hansı terminlə ifadə etmək olar? A) Şok
B) Hipotenziya
C) Kollaps
D) Norma
E) Hipertenziya
Arterial təzyiqin 140\90 mm.civə sütunundan yüksək olması hipertenziya sayılır. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998 274. Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur bunu aşağıdakı hansı terminlə ifadə etmək olar? A) Taxikardiya
B) Bradikardiya
C) Ekstrasistoliya
D) Norma
E) Səyrici aritmiya
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 70-80 vurğudur. Bundan az olarsa bu bradikardiya adlanır Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 183. “ Təhsil” Bakı 1998 275. Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır? A) Meyvələr
B) Südlü məhsullar
C) Sıyıqlar
D) Yağlı, qızardılmış
E) Tərəvəzlər
Xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasını qıcıqlandıran və mədə şırəsini artıran qidalar məhdudlaşdırılır, xörəklər suda və ya buxarda hazırlanır. Yağlı , qızardılmış, çox isti və çox soyuq qidalar verilmir. Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 78, “Təhsil”, Bakı 1998.