276. Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur? A) Köndələn çənbər bağırsağın
B) Siqmayabənzər bağırsağın
C) Enən çənbər bağırsağın
D) Onikibarmaq bağırsağın
E) Düz bağırsağın
83
12 barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur. Qan bağırsağın aşağı şöbələrinə keçənədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma oldıqda isə qan öz rəngini dəyişmir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 148.“Çıraq”2008 277.Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır? A) Kalsium
B) Maqnezium
C) Kalium
D) Dəmir
E) Natrium
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs: dəmir preparatları , barium və s. əks halda, bu analizin göstəricisini dəyişə bilər. Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.195.Москва. «Медицина» 1983. 278. Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır? A) Poliuriya
B) Nikturiya
C) Oliquriya
D) Anuriya
E) Pollakiuriya
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Oliquriya sutkalıq sidiyin miqdarının 500 ml-dən az olmasına deyilir. Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998 279. Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır? A) Anuriya
B) Poliuriya
C) Nikturiya
D) Oliquriya
E) Pollakiuriya
Nikturiya sidiyin miqdarca pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir. Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 224. “Təhsil”, Bakı 1998