Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Əzələ daxilinə nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə85/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   81   82   83   84   85   86   87   88   ...   274
Tibb bacisi test suallari

 
284. Əzələ daxilinə nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)? 
A) 4 
B) 5 
C) 3 
D) 2 
E) 6 
Əzələ daxilinə yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Məhlul 
mütləq qızdırılmalıdır. Əks halda, məhlulun sorulması cətinləşir.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 151,
“Təhsil“, Bakı 1998 
285. Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən 
ağır forması hansıdır? 
A) Kvinke ödemi 
B) Anafilaktik şok
C) Qızartı
D) Məxmərək
E) Ekzema 
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır 
forması anafilaktik şokdur. Anafilaktik şok zamanı : dəri qızarır, qaşınır, öskürək 
tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun 
itməsi kimi əlamətlər baş verir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 
1998 
286. Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə 
olunur? 
A) Həblərdən 
B) Drajelərdən 
C) Steril məhlullardan
D) Kapsullardan 
E) Poroşoklardan
Parenteral, yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya 
vasitəsilə, steril məhlul şəklində yeridilir.Əks halda orqanizmə infeksiyanın yoluxma 
təhlükəsi yarana bilər. 


86 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 137. “Təhsil”, Bakı 
1998 
 
287. İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir? 
A) Arterial təzyiqi ölçür 
B) Uzandırır 
C) İnyeksiya yerinə isitqac qoyur 
D) 30 dəqiqədən sonra yedizdirir
E) Tənəffüsü və nəbzi sayır 
İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda 
xəstə hipoqlikemik komaya düşə bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158.
“Çıraq”2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin