94
315. Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?
A) Konyuqasion sarılıq
B) Pis qulluq
C)Virus infeksiyası
D) Maye itkisi və süd azlığı
E) Fizioloji mastit
Yenidoğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama
qədər ola bilər. Səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk
günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35 .
316. Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?
A) Sidik turşusu infarktı
B) Tranzitor qızdırma
C) Fizioloji eritema
D) Fizioloji mastit, fizioloji vulvovaginit
E) Çəki itkisi
Hormonal krizə fizioloji mastit və fizioloji vulvovaqinit aiddir. Fizioloji mastit uşağın
cinsindən asılı olmayaraq, uşağın həyatının 3-4 günü baş verir, 2-3 həftə ərzində
tədricən yox olur. Müalicə tələb etmir. Fizioloji vulvovaginit qızlarda, doğulandan 6-
7 gün sonra baş verir.Xüsusi müalicə tələb etmir. Cinsiyyət üzvlərini tez-tez ilıq
kalium-permanqanat (1:50-ə) məhlulu ilə yumaq lazımdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
317. Yenidoğulmuşlarda dəri örtüklərinin tranzitor dəyişkənliyinə nə aiddir?
A) Vezikulopustulez
B) Qabıqvermə
C) Sadə və toksiki eritema
D) Piodermiya
E) Bişməcə
Uşaqlarda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf
etmədiyi üçün dərinin istilik vermə funksiyası zəif olur. Bu xüsusiyyət uşağın tez
soyumasına və tez isinməsinə səbəb olur. Bu isə dəridə sadə və toksiki eritemanın
əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 72 .
Dostları ilə paylaş: