Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Ağciyərlərin kütləvi müayinə metodu hansıdır



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə89/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   85   86   87   88   89   90   91   92   ...   274
Tibb bacisi test suallari

300. Ağciyərlərin kütləvi müayinə metodu hansıdır
?
A) Xolesistoqrafiya 
B) Rentgenoqrafiya 
C) Flüoroqrafiya
D) Uroqrafiya 
E) Bronxoqrafiya


90 
Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu olub, gün ərzində bu metodla 
300-ə qədər şəxsi müayinədən keçirmək mümkün olur.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “ Təhsil” Bakı 
1998 
BÖLMƏ: 2 
301. İlk qışqırıq mexanizmi nə ilə bağlıdır? 
A) Hiperbilirubinemiya ilə 
B) Cinsi krizlə
C) Hipoksiya ilə
D) Anemiya ilə 
E) Hipertermiya ilə 
Uşaq doğulan anadan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft 
qan dövranı kəsildikdən sonra qanda O
2
azalır və karbon qazının artıq miqdarda 
toplanması nəticəsində tənəffüs mərkəzi qıcıqlanır və uşaq ilk dəfə nəfəs alır. 
Beləliklə, uşağın ilk qışqırıq mexanizmi hipoksiya ilə əlaqədar olur.
Ədəbiyyat:
 
N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 30.
302. Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır? 
A )Toksoplazmoz 
B) Listerioz 
C ) Məxmərək
D) Sifilis 
E) Qızılca
Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. 
Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır 
və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun 
əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
 
303. Yeni doğulmuş uşaqların palatasında bakteriosid lampadan nə vaxt istifadə 
edilir? 
A) Uşaqlar yatan zaman 
B) Uşaqlar bələnən zaman
C) Uşaqlara baxış vaxtı 
D) Uşaqlar palatada olmayanda
E) Uşaqlar yedizdirilən zaman
Atmosfer havasında olan bakteriaların əksəriyyəti ultrabənövşəyi süaların təsirindən 
tez bir zamanda məhv olur.Ultrabənövşəyi şüaların bakterisid təsirindən profilaktika 
məqsədilə istifadə edilir.Yenidoğulmuşların palatasında uşaq palatada olmayanda 
bakterisid lampadan istifadə edilir. 
Ədəbiyyat:
 
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 36 .

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin