Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə88/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   84   85   86   87   88   89   90   91   ...   274
Tibb bacisi test suallari

 
296.
Bu məhsulların hansı ilə tenioza yoluxma baş verir? 
A)) Donuz əti
B) Mal əti 
C) Balıq
D) Meyvə-tərəvəz 
E) Konserv 
Düzgün cavab - Donuz əti 
Helmintlərlə yoluxma çox müxtəlif yollarla baş verir. Bunun üçün qurdun hansı 
qrupa aid olması məsələn, biohelmint, geohelmint və kontakt helmint olmasını 
bilmək vacibdir. Donuz teniyası ilə yoluxma yaxşı bişməmiş donuz əti ilə baş verir. 
Bu qurdun aralıq sahibi donuzlardır.
$$
D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84. 
297. Xəstə dərman preparatlarını necə qəbul edir? 
A) Sərbəst 
B) Qohumlarının nəzarəti ilə 


89 
C) Digər xəstələrin nəzarəti ilə 
D) Tibb bacısının nəzarəti ilə
E) Həkimin nəzarəti ilə 
Tibb bacısı dərmanları xəstənin yatdığı palatanın nömrəsini, xəstənin soyadını 
göstərməklə əvvəlcədən hazırlayır, gündə lazımi qədər həmin dərmanları paylayır və 
xəstənin dərmanı qəbul etməsinə nəzarət edir. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 129 “ Təhsil” Bakı 
1998 
298. Stasionarda dərman maddələrinin apteklərdən alınmasına kim cavabdehlik 
daşıyır? 
A) Şöbə müdiri 
B) Baş həkim 
C) Müalicə həkimi 
D) Baş tibb bacısı
E) Prosedur tibb bacısı 
Şöbədəki bütün palata və prosedura otağı tibb bacılırının verdiyi məlumatlara 
əsasən, şöbənin baş tibb bacısı xəstəxananin aptekinə tələbnamə yazaraq, dərman 
maddələrini oradan alır və dərmanların sayina və keyfiyyətinə görə cavabdehlik 
daşıyır. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 126 “ Təhsil” Bakı 
1998 
299. Qanburaxma zamanı turna nə zaman açılır? 
A) İynə venadan çıxarıldıqdan sonra 
B) İynə venaya yeridildikdən sonra
C) Lazımi miqdarda qan götürüldükdən sonra, lakin iynə venadan çıxarılmazdan 
əvvəl
D) İstənilən vaxt
E) Lazımi miqdarda qan götürüb iynə çıxarıldıqdan sonra 
Qanburaxma zamanı venepunksiyadan istifadə edilir. Bu əməliyyat zamanı turna qan 
götürülüb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon 
qoyulur və sıxılır. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil” Bakı 
1998 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin