96
D) Sarılıq
E) Hipotermiya
Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman
baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından
asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
323. Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
A) Hər ikisində Rh(-)qan
B) Anada Rh(+) və uşaqda Rh(-)qan
C) Anada Rh(-) və uşaqda Rh(+) qan
D) Hər ikisində Rh(+) qan
E) Anemiya
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş
verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir.
Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş
verir. Eritrositlərin hemolizə uğraması nəticəsində hemolitik xəstəlik əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .
324. Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır?
A) Doğuşdan sonra ilk 1 saat ərzində
B) Doğuşdan 1 saat sonra
C) Doğuşdan 4 saat sonra
D) Doğuşdan 2 saat sonra
E) Doğuşdan 3 saat sonra
Qonoblenoreyanın profilaktikası bir dəfə, doğuşdan sonra ilk bir saat ərzində
aparılır. Əsas məqsəd gələcəkdəə gözün qonokok infeksiyasından zədələnməsinin
qarşısını almaqdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198.
“Sağlam yeni doğulmuşa qulluq üzrə klinik protokol”
Dostları ilə paylaş: