102
C) Hemartroz
D) Qanda Hb-nin azalması
E) Qanda leykositlərin artması
Düzgün cavab - Qanaxma
Hemofiliya qanda laxtalanma amillərinin (VIII-IX-XI) çatışmazlığı nəticəsində
qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas
əlaməti qanaxmadır.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317
345. Hansı xəstəlik zamanı antitoksiki zərdab təyin edilir?
A)
Su çiçəyi
B) Skarlatina
C) Qızılca
D)
Difteriya
E) Qripp
Diferiya yoluxmuş uşaqlar mütləq hospitalizasiya edilir və belə xəstələrə Bezredka
üsulu ilə anatoksin yeridilir.Difteriyaya qarşı anotoksin tez və effektli dozada
yeridildikdə (15000 bv – 50000 bv) xəstənin vəziyyəti yaxşılaşır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр280
346. Hipoqlikemik komanın əsas yaranma səbəbi nədir?
A) Karbohidratların artıq miqdarda qəbulu
B) İnsulinin dozadan az vurulması
C) İnsulinin artıq dozada vurulması
D)
Passiv həyat tərzi
E) Aktiv həyat tərzi
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı yarana bilər.
İnsulinin artıq dozada vurulması ,onun dozasının çox olması nəticəsində yaranır.
A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 , səh 135
347. Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində
olmalıdır?
A) 5 gün
B) 1 ay
C) 7 gün
D) 1,5 ay
E) 2 ay