336. Yumurta sarısı hansı vitaminlərin mənbəyidir?
A) A, D, E, K
B) A, D, E, B
6
C) A, D, B
1
, B
6
D) A, D, C, PP
E) A, E, K, B
2
Yumurta sarısı A, D, E, K vitaminlərinin mənbəyidir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва
1987 səh.188
100
337. Vərəmli xəstəni aşkar etmək üçün hansı üsul vacibdir?
A) Qanın biokimyəvi və bakterioloji müayinəsi
B) Qanın ümumi və biokimyəvi müayinəsi
C) Tuberkulin diaqnostikası və flüroqramma
D) Klinik əlamətlər,anamnez
E) Sidiyin ümumi və bakterioloji müayinəsi
Vərəm diaqnozu təsdiq etmək üçün tuberkulinlə Mantu sınağı qoyulur flüroqrafiya
edilir , yoluxmuş uşaqlar ftiziatra göndərilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр 430
338. Hansı halda mantu sınağı müsbət sayılır?
A) 2-3 mm
B) 1-2 mm
C) 5-12 mm
D) 3-4 mm
E) 4-5 mm
Mantu sınağı zamanı tuberkulin dəri daxili yeridilir və 72 saatdan sonra yoxlanılır.
5-12 mm diametri olan papula müsbət sayılır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск
«Вышейшая школа» 2002 стр 429
339. Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?
A) Dərini spirtlə silmək
B) Çoxlu maye vermək
C) Kalorili qida
D) Başa soyuq qoymaq
E) Hərarətsalıcılar vermək
Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə
mənfi təsir edir, ürək , tənəffüsün tezliyi artır,qıcolma ola bilər. Belə uşağa coxlu
maye vermək, başa soyuq qoymaq, dərisini spirtlə, sirkə ilə silmək lazımdır. Kalorili
qida əks göstərişdir. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160
Dostları ilə paylaş: |