348 .
Skarlatinanın törədicisi hansıdır? A) Stafilakokklar
B) Viruslar
C) β hemolitik streptokokklar
D) Göbələklər
E) Löffler çöpləri
Skarlatina kəskin infeksion xəstəlikdir. Törədicisi β hemolitik steptokokkdur. Əsas klinik əlamətləri ümümi intoksikasiya, angina ,hiperemiya fonunda xirda nöqtəli səpgilərdir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 460 349. Skarlatina zamanı əsas əlamət hansıdır? A) Travmatik şok
B) Anemiya
C) Hemoliz
D) Angina
E) Hipervolemiya
Skarlatina xəstəliyinin daim müşahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional limfotik vəzilər də qoşulur. Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 461 350. Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolyasiya edilir? A) 1 gün
B) 10 gün
C) 7 gün
D) 1 ay
E) 1,5 ay
Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolyasiya edilir və hər gün termometriya, dəri və selikli qidaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 462 351. Qızılca xəstəliyinin törədicisi hansıdır? A) Stafilokokk
104
B) Streptokokk
C) Virus
D) Borde-Janqu çöpləri
E) Göbələklər
Qızılca yüksək qızdırma ilə müşahidə olunan yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma hava - damcı yolu ilə baş verir.Qızılca səpgiləri ayrı-ayrı çəhrayı ləkə və papula şəklində olur. Xəstədə konyuktvit əlamətləri ilk gündən başlayır. Xəstəlik mənbəyi xəstə insandır. Xəstəliyin törədicisi qızılca viruslarıdır. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 463