Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Aşağıdakı bakterial infeksiyalardan hansını idarəolunan xəstəliyə aid



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə105/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   101   102   103   104   105   106   107   108   ...   274
Tibb bacisi test suallari

360. Aşağıdakı bakterial infeksiyalardan hansını idarəolunan xəstəliyə aid 
etmək olar? 
A) Skarlatina 
B) Salmanelyoz 
C) Difteriya
D) Botulizm
E) Qara yara 
Vaksini mövcud olan infeksion xəstəliklər – idarə olunan xəstəliklər adlanır. 
Sadalanan infeksion xəstəliklərdən difteriya – idarə olunandır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 1 Bakı 2010 səh7 
 
361. Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji 
müayinə üçün yaxma götürülür? 
A) Diareya olduqda 
B) Yüksək hərarət olduqda 
C) Badamcıqlarda ərp olduqda
D) Səpgi zamanı 
E) Tənəffüs çətinləşdikdə 
Difteriyalı xəstə ilə kontaktda olan şübhəli şəxslərin badamcıqlarında ərp olduqda 
bakterioloji müayinə aparılır. 


107 
Ədəbiyyat:Л.A.Исаeva,Л.К.Бaжenova»Детские Болезни»Mockвa1986 стр 562 
 
362. Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir? 
A) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)
B) Poliomielitə qarşı oral vaksin (OPV) 
C) Qızılcaya qarşı olan vaksin 
D) Vərəm əleyhinə vaksin (BSJ) 
E) Hepatit B-yə qarşı vaksin (EUVAX) 
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı 
kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır 
revaksinasiya isə 18-aylıqda aparılır.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər) 
səh 5 
363. Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir? 
A) Tetanusa qarşı anatoksin (AT) 
B) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT) 
C) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM)
D) “B” hepatitinə qarşı vaksin 
E) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin 
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı 
vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır. 
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər) 
səh5 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin