356. Hepatit B xəstəliyinin yoluxma yolu hansıdır? A) Alimentar
B) Parenteral
C) Kontakt-məişət
D) Hava-damcı
E) Oral-fekal
Hepatit B parenteral yolla yoluxur, yəni dərinin tamlığı pozulduqda qan və qan əvəzedicilər yeridilən zaman aseptika,antiseptika qaydalarına riayət edilmədikdə yoluxma baş verə bilər. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 488 357. Hepatit A zamanı inkubasion dövr nə qədər davam edir? A) 2 gün
B) 1 həftə
C) 1 aya qədər
D) 3 aya qədər
E) 1 il
Hepatit A-nın inkubasion dövrü bir aydır. Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
106
358. Hepatit B zamanı inkubasion dövr nə qədər davam edir? A) 1 il
B) 1-3 gün
C) 2-4 həftə
D) 6 həftə-6 ay
E) 2 il
Hepatit B zamani inkubasion dövr 6 həftədən 6ayadək davam edə bilər. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489 359. Hepatit xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür? A) 7 gün
B) 10 gün
C) 35 gün
D) 6 ay
E) 4 gün
Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolyasiya edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489