340. Tuberkulinin yeridilmə yolu hansıdır? A) Əzələ daxilinə
B) Vena daxilinə
C) Dəri içi
D) Dərialtına
E) Sublinqval
101
Mantu sınağı tuberkilinlə aparılır. Preparat hazır 5 ml (doza) və ya 3 ml (30 doza) steril standart məhlul şəklində buraxılır. Hər il 17 yaşına qədər birdəfəlik şpris ilə dəri içi yeridilir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр115 341. Meninqokokk bakteriyaları orqanizmə hansı yolla daxil olur? A) Limfogen
B) Hematogen
C) Tənəffüs
D) Mədə-bağırsaq
E) Sidik-ifrazat
Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı yuxarı tənəffüs yollarıdır. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 441 342. Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olan uşaq neçə gün karantində olmalıdır? A) 7 gün
B) 5 gün
C) 10 gün
D) 21 gün
E) Karantin müddəti qoyulmur
Meningit aşkar edilərsə təmasda olan uşaqlar izolə edilir, 10 gün müddətində hər gün termometriya aparılmalı, burun boğaz və dəri örtükləri müayinə olunmalıdır. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 442 343. Difteriya xəstəliyini törədicisi nədir? A) Borde-Janqu çöpləri
B) Viruslar
C) Löffler çöpləri
D) Streptokokklar
E) Göbələklər
Difteriya infeksion xəstəlikdir. Törədici Löfter çöpləridir. Daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir və infeksiya baş verir. Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449