Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə75/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   274
Tibb bacisi test suallari

245. Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz? 
A) Dəri içi 
B) Əzələ daxili 
C) Dəri altı 
D) Düzbağırsağa 
E) Vena daxili
Yağlı məhlulların səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ 
emboliyası baş verə bilər. Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma, 
öskürək, döş qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 
1998 
246. Dərman maddələrinin parenteral yeridilməsinə aşağıdakılardan hansı 
aiddir? 
A) Dilaltı 
B) Düz bağırsağa
C) Tənəffüs yolları ilə
D) Əzələdaxili, venadaxili
E) Uşaqlıq yolu ilə 
Parenteral, yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. 
Yuxarıda sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi 
inyeksiya yolu iə baş verdiyindən bunlar parenteral yeridilmə sayılır. 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”. Səh., 137. “ Təhsil”, Bakı 
1998 
 
247. Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur? 
A) Ödem 


75 
B) Tromboflebit 
C) Nekroz
D) İnfiltrat 
E) Hava emboliyası
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində 
hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur. 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 162. “ Təhsil”Bakı 1998 
 
248. Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən 
ibarətdir? 
A) Xəstədə narahatlıq yaratmaması 
B) Müxtəlif preparatların yeridilməsinin mümkün olmaması
C) Qaraciyərin baryer rolunun kənarda qalması 
D) Təxirəsalınmaz tibbi yardım zamanı effektivliyin yüksək olması
E) Asan olması 
Dərmanların vena daxilinə yeridilməsi təcili hallarda tez arzu olunan nəticəni 
almağa imkan verir. Lakin buna baxmayaraq, bir sıra ağırlaşmaların baş verə 
biləcəyinə görə bu manipulyasiya təcrübəli orta tibb işçisi tərəfindən aparılmalıdır. 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”. Səh. 154. “ Təhsil” Bakı 
1998 
 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin