Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Vena daxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə76/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   274
Tibb bacisi test suallari

 
249. Vena daxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir? 
A) İynənin 1/3 hissəsi yeridilir 
B) Yalnız iynənin en kəsiyi yeridilir 
C) İynənin 2/3 hissəsi yeridilir 
D) İynənin bütün uzunluğu yeridilir 
E) Damarın necə yerləşməsindən asılıdır 
Vena daxilinə inyeksiya zamanı dərmanlar əsasən dirsək büküşü nahiyəsindən dirsək 
venasına yeridilir. Həmçinin dərmanı said və əlin venalarından, uşaqlarda isə gicgah 
venasından da yeritmək olar. Bu zaman iynənin hansı dərinlikdə yeridilməsi
damarların yerləşməsindən asılıdır. 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”. Səh. 154. “ Təhsil” Bakı 
1998 
250. Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb 
bacısı həmin nahiyəyə nə yeritməlidir? 
A) 2%-li novokain 
B) 5%-li qlükoza
C) 3%-li-hidrogen peroksid
D) Fizioloji məhlul
E) 10%-li natrium-xlorid 
Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə, 
bu zaman tibb bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır. 


76 
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev , “Xəstələrə qulluq”. Səh. 161. “ Təhsil”
Bakı 1998 
 
251. Təmizləyici imalənin aparılması üçün nə istifadə edilir? 
A) Jane şprisindən 
B) Armudabənzər balondan
C) Qazçıxarıcı borudan
D) Ucunda qıf olan zonddan
E) Esmarx parçından
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır: tutumu 1-2 litr olan 
Esmarx parçı, şüşə, plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı. 
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 
1998 
252. Təmizləyici imalə qoyulan zaman ucluq hansı dərinliyə yeridilməlidir (sm-
lə)? 
A) 10-12 
B) 40 
C) 20 
D) 2-4 
E) 30 
Təmizləyici imalə zamanı ucluğa vazelin sürtüb,onu buraraq ehmalca xəstənin 
anusuna yeridirlər. Əvvəllcə ucluq 3-4 sm göbəyə tərəf, sonra isə 5-8 sm büzdümə 
parallel yeridilir, yəni ucluq cəmi 10-12 sm bağırsqğq yeridilir. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41.
“Çıraq “2008

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin