Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələr məhdudlaşdırılmalıdır?
Karbohidratlar
Vitaminlər
Heyvan mənşəli yağlar
Zülallar
Bitki mənşəli yağlar
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.178-179. “Azərnəşr” Bakı 1984
Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
Parenteral yolla qidalanma
Qidanın zondla yeridilməsi
Fistula vasitəsilə yedizdirilmə
Qida maddələrini düz bağırsaqdan yeritmək
Xəstənin qaşıqla yedizdirilməsi
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129“Çıraq” 2008.
Dostları ilə paylaş: |