Salmonelyozun yoluxma mənbəyi hansı ola bilər?
İnsan
İnfeksiyalaşmış qida və su
Heyvan
Çirkli əşyalar
Çirkli əl
Salmonelyoz infeksion bağırsaq xəstəliyidir, törədicisi salmonellalardır. İnfeksiya mənbəyi yoluxmuş qida və sudur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 562
Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?
Spirtlə zəhərlənmə
Qida zəhərlənməsi
Dərman zəhərlənməsi
Mədə qanaxması
Hidrogen peroksidlə zəhərlənmə
Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı mədənin yuyulması əks göstərişdir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91
Dostları ilə paylaş: |