Yetkin şəxslərdə ürəyin vasitəli masajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?
2 əlin barmaqları ilə
Sol əlin bütün ovuc səthi ilə
Əlin 3 barmağı ilə
Sol əlin ovucun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla
Təkcə sağ əllə
Ürəyin vasitəli masajı zamanı döş qəfəsinin içəriyə doğru 4-5 sm ekskursiya etməsi üçün sol əlin ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. Bu təzyiq nəticəsində ürəyin mədəciklərindəki qan damarlara qovulur.
Ədəbiyyat:Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124
Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
Maye köçürüləcək damarlar dəyişdirilir
Sistem və iynə steril olur
Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
İti uclu iynələrdən istifadə olunur
Kiçik diametrli iynələrdən istifadə olunur
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görə də sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma olmasın.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62
Dostları ilə paylaş: |