Hidroadenit əmələ gəlməsində risk faktoru hansıdır?
Hipervitaminoz
Çox miqdarda qida qəbulu
Şəxsi gigiyenaya riayət etməmək
Dəridə quruluq
Çoxlu maye qəbulu
Hidrodenit - tər vəzilərinin iltihabıdır. Bu vəzilərə infeksiya düşdükdə əmələ gəlir. Şəxsi gigiyenaya riayət etmədikdə hidrodenit əmələ gəlməsi riski çoxalır.
Ədəbiyyat:.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 135
Qazlı qanqrena infeksiyasına yoluxmuş xəstələr hansı palatada yatırlar?
İntensiv terapiya palatasında
Ümumi palatada
Təcrid palatasında
Boksda
Reanimasiya şöbəsində
Qazlı qanqrenanın törədiciləri digər yaralara düşdükdə tezliklə yoluxma əmələ gətirir.Ona görə də belə xəstələr təcrid palatasında yatır və onların sarğısı da palatada aparılır və sarğı materialları sonra yandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 147
Dostları ilə paylaş: |