Gün ərzində əməliyyat otağı necə dəfə yığışdırılmalıdır?
Hər gərək olduqca
1 dəfə
4 dəfə
2 dəfə
3 dəfə
Əməliyyat otağı gün ərzində bir neçə dəfə, hər gərək olduqca yığışdırılmalıdır. Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə” .Səh. 41
Diz oynağının əzilməsində ilk yardım hansıdır?
Soyuq və sıxıcı sarğı qoymaq
Isti qoymaq
Masaj etmək
Maye içirmək
Hərəkət etdirmək
Diz oynağının əzilmələrində hematomanın əmələ gəlməsinin qarşısını almaq üçün ilk yardım kimi soyuq və sıxıcı sarğı qoymaq lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım nədən ibarətdir?
Narkotik vurmaq
Sınıq nahiyyəsini ağrısızlaşdırmaq
Ətrafı nəqliyyat şinası ilə immobilizasiya etmək
Sınıq fraqmentlərinin repozisiyası
Xəstəyə qurbağa vəziyyəti vermək
Borulu sümüklərin sınığı varsa hadisə yerində ətrafı nəqliyyat şinası və əl altında olan vasitə ilə immoblizasiya etmək lazımdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Dostları ilə paylaş: |