Drenaja nə aiddir?
A) Bint yumağı B)Salfet
C) Trunda D)Kürəcik E)Tənzif-balışcıq
Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan drenaja aiddir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.108
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün nə etməlidir?
Iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli
Xəstəyə çarpayıda rahat vəziyyət verməli
Xəstənin vəziyyətini müşahidə etməli
Bədən hərarətini ölçməli
Arterial təzyiqi ölçməli,nəbz sayılmalı
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
Dostları ilə paylaş: |