Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
0,1%-li deksametazon
5%-li tanin
4%-li taufon
2%-li bor turşusu
2%-li natrium-hidrokarbonat
Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində 2 %-li bor turşusundan istifadə edilərək konyuktival boşluq davamlı yuyulmalıdır.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
Konyuktivitlər zamanı gözə sarğı nə məqsədlə qoyulmur ?
Buynuz qişa ilə büllur zədələnir
Skleranı zədələyir
İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısı alınır və buynuz qişada iltihab törədir
İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısını alır və büllurda iltihab törədir
Torlu qişanı zədələyir
Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmur. Burada məqsəd buynuz qişada mikro floranın inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır. Əsasən gözə sarğılar müdafiə məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, travmalar zamanı təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan sonra, narahat xəstələrə qoyulur.
Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
Dostları ilə paylaş: |