Bir sıra inyeksiyalar mürəkkəb olduğundan onları həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ”, Bakı 1998.
Xəstəyə O2 (oksigen) verilməsi üçün ən çox hansı üsul istifadə olunur?
Mədə zondu
Burun kateteri
Duodenal zond
Burun kanyulası
O2 (oksigen) yastığının qıfı
Burun xarici tənəffüs orqanı olduğundan xəstəyə burun kateteri ilə oksigen verilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı oduğu zaman mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.