Hipertonik imalə hansı məhlullarla aparılır ?
1.10 % - li natrium-xloridlə
2.20-30 %- li maqnezium sulfat məhlulu
Çobanyastığı dəmləməsi ilə
Nişasta ilə
Xloral-hidrat ilə
Bitki yağı ilə
A)1,2
B)3,4
C)5,6
D)1,6
E)2,5
Hipertonik imalənin təsir mexanizmi : Hipertonik məhlullar bağırsağın selikli qişasını qıcıqlandıraraq qəbizlik zamanı duru nəcis ifrazına səbəb olur. Hipertonik imalə aparmaq üçün 50 – 100 ml 10 % - li natrium – xlorid və ya 20 – 30 % - li maqnezium – sulfat məhlulunu 37 -38 dərəcə qızdırıb, düz bağırsağa yeridirlər. Lakin hipertonik imalə bağırsağın selikli qişasını qıcıqlandırdığı üçün mümkün qədər az istifadə olunur.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.206. “ Təhsil”Bakı 1998.
Dostları ilə paylaş: |