İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?
Arterial təzyiqi ölçür
Uzandırır
İnyeksiya yerinə isitqac qoyur
30 dəqiqədən sonra yedizdirir
Tənəffüsü və nəbzi sayır
İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə hipoqlikemik komaya düşə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq”2008
İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?
Arterial təzyiqin artması
Ketoasidotik koma
Ortostatik kollaps
Hipoqlikemik koma
Kvinke ödemi
İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-li qlükoza məhlulu yeridilir.
Ədəbiyyat:В.М.Боголюбов.Внутренниеболезни.Стр.437,Москва.
«Медицин»1983.
Dostları ilə paylaş: |