Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir?
Kimyəvi yanıqlarda
Konyuktivitlərdə
Donmalarda
Qlaukomada
Göz qapaqlarının kontuziyasında
Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 238
Kipriklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur?
1%-li salisil turşusu
5%-li kalium permanqanat
3%-li hidrogen peroksid
0,02%-li furasilin
2%-li natrium hidrokarbonat
Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li furasilin,0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 236
Dostları ilə paylaş: |