Tibb bacısı ixtisası üzrə test suallarının nümunələri Pediatriya Üzrə Test Tapşırıqları


) Keysər kəsiyi əməliyyatına əsas göstəriş hansıdır?



Yüklə 1,58 Mb.
səhifə13/16
tarix26.11.2016
ölçüsü1,58 Mb.
#230
1   ...   8   9   10   11   12   13   14   15   16

914) Keysər kəsiyi əməliyyatına əsas göstəriş hansıdır?

A) Dölyani mayenin vaxtından qabaq axması

B) Hamiləlik ödemi

C) Ölü döl

D) Doğum fəaliyyətinin birincili zəifliyi

E) III – IV dərəcəli dar çanaqlar


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
915) Neqele formulası ilə doğuşun vaxtını hesablamaq üçün axırıncı aybaşının birinci günündən necə çıxmaq lazımdır?

A) 3 ay çıxmaq və 7 - gün üstə gəlmək

B) 4 ay çıxmaq

C) 4 ay çıxmaq və 7 – 10 gün üstə gəlmək

D) 3 ay çıxmaq

E) 3 həftə çıxmaq


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
916) Uşaqlığın dibi qasıq simfizi ilə göbək arasında olduqda, hamiləlik hansı müddətə uyğun gəlir?

A) 14 həftə

B) 22 həftə

C) 12 həftə

D) 20 həftə

E) 16 həftə


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
917) Doğuşa yaxın uşaqlıq boynunun yetişməsini göstərən əlamət hansıdır?

A) Xarici dəlik barmağın ucunu buraxır

B) Uşaqlıq boynunun uzunluğu 3 sm - dir

C) Uşaqlıq boynu arxaya yönəlmişdir

D) Uşaqlıq boynunun uzunluğu 4 sm - dir

E) Uşaqlıq boynunun 1 sm-ə qədər qısalması


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
918) Doğuşun başlanmasını göstərən əlamət hansıdır?

A) Sancıların 5 – 8 dəqiqədən bir olması

B) Sancıların 10 – 12 dəqiqədən bir olması

C) Selikli tıxacın xaric olması

D) Dölyani mayenin axması

E) Qanaxma


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
919) Doğum fəaliyyətinin başlanmasını hansı əlamət göstərir?

A) Qanaxmanın olması

B) Döl başının kiçik çanaq girəcəyinə pərcim olması

C) Dölyani mayenin olması

D) Requlyar sancıların əmələ gəlməsi və uşaqlıq boynunun hamarlaşması

E) Uşaqlıq boynunun qısalması


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
920) Doğuşun ikinci dövrü necə adlanır?

A) Son


B) Qovulma

C) Preliminar

D) Acılma

E) Zahılıq


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
921) Ənsə gəlişi ön görkəmdə aparıcı nöqtə hansıdır?

A) Kiçik əmgək

B) Ənsəaltı qabar

C) Ənsəaltı çuxur

D) Promontorium

E) Böyük əmgək


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
922) Doğuşun ikinci dövrü nə vaxt başlayır?

A) Uşaqlıq boynu tam acıldıqdan sonra

B) Qanaxma olduqda

C) Gücvermə olmadıqda

D) Sancılar 5 dəqiqədən bir və 40 saniyə müddətində olduqda

E) Dölyani mayenin axması


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
923) Nə vaxt doğan qadın güc verməməlidir?

A) Çiyinlər doğularkən

B) Döl başının xarici fırlanması zamanı

C) Döl başı ənse doğulandan sonra

D) Ciftin ayrılma əlamətləri müsbət olduqda

E) Təpə qabarları doğularkən


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
924) Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır?

A) Qadına nəfəs almasını təklif etmək

B) Qadına gücənmək təklif etmək

C) Göbək ciyəsinin pulsasiyasını yoxlamaq

D) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin dəyişilməsini müəyyən etmək

E) Qasıq üzərindən ovucun kənarı ilə bir qədər basmaq


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
925) Doğan qadının çəkisi 80 kq olduqda, doğuş zamanı fizioloji qan itirmənin yuxarı sərhəddi qadının çəkisinin neçə faizini təşkil edir?

A) 1%


B) 2%

C) 0,3%


D) 5%

E) 0,7%
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985


926) Sancıların agrısını azaltmaq üçün nədən istifadə edilir?

A) Sidikqovucular

B) Spazmolitiklər

C) Antibiotiklər

D) Uterotoniklər

E) Trankvilizatorlar


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
927) Hipogalaktiya zamanı hansı dərman istifadə edilir?

A) Bromkriptin

B) Kamfora

C) Sinestrol

D) Apilak

E) Parlodel


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
928) Keysər əməliyyatı hansı halda təcili aparılır?

A) Ana və döl üçün təhlükəli hallar olduqda

B) Hidrosefaliya

C) Birincili doğum fəaliyyətinin zəifliyi

D) Dölyani mayenin vaxtından qabaq axması

E) Ölü döl


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
929) Normal doğuşdan sonra uşaqlığın involyusiyası üçün rasional olaraq nə etmək lazımdır?

A) Yataqda 3 gün qalmaq

B) Bir həftə yataqda qalmaq

C) Doğuşdan bir neçə saat sonra durmaq

D) Doğuşdan 5 gün sonra durmaq

E) Doğuşdan 2 gün sonra durmaq


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
930) Erkən zahılıq dövrünün davamiyyəti nə qədərdir?

A) 2 saat

B) 40 gün

C) 5 – 6 gün

D) 12 saat

E) 1 gün
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985


931) Doğuşdan sonra hansı qadınlarda uşaqlıq boynu yoxlanılır?

A) Bütün qadınlarda

B) Hipertoniyası olan qadınlarda

C) Yalnız ilk hamiləlikdə

D) Yalnız təkrar hamiləlikdə

E) Risk qrupuna aid olan qadınlarda


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
932) 28 günlük aybaşı siklində ovulyasiya neçənci günə təsadüf edir?

A) 8 – 10 günə

B) 1 – 3 günə

C) 18 – 26 günə

D) 10 – 16 günə

E) 5 – 6 günə


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
933) Qadın məsləhətxanasında uşaqlıq yolu müayinəsi sağlam hamilə qadınlarda nə vaxt aparılır?

A) 6 aydan sonra

B) Hər üç aydan bir

C) Analıq məzuniyyətinə çıxdıqda

D) İlk dəfə qeydiyyata götürüləndə

E) Heç aparılmır


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
934) Normal hamiləliyin müddəti nə qədər olmalıdır?

A) 320 gün

B) 240 gün

C) 280 gün

D) 380 gün

E) 300 gün


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
935) Təkrar doğan qadın dölün tərpənməsini nə vaxt hiss edir?

A) 18 həftədə

B) 20 həftədə

C) 8 həftədə

D) 22 həftədə

E) 16 həftədə


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
936) Dölün ürək döyüntüsü 1 dəqiqədə necə vurğu olur?

A) 90 – 100

B) 130 – 140

C) 50 – 60

D) 150 – 160

E) 110 – 120


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
937) Hamilənin qidalanması necə olmalıdır?

A) Karbohidratlarla zəngin

B) Meyvə və tərəvəz

C) Zülal və vitaminlərlə zəngin

D) Tez həzm olunan

E) Yağlı və karbohidratla zəngin


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
938) Normada dölyani maye nə vaxt axmalıdır?

A) Uşaqlıq boynu tam açıq və buna yaxın olan halda

B) Qovulma dövrü başlayarkən

C) Sancı dövrü başlayandan 5 -10 dəqiqə sonra

D) Dölyani maye doğuşdan qabaq axarsa

E) Uşaqlıq boynu 3 – 4 sm açıldıqda


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
939) Uşaq doğulduqdan sonra mama nə etməlidir?

A) Uşaqlığın üzərinə buz yükü qoymalı

B) Cifti xaric etməli

C) Qadına gücənmə təklif etməli

D) Simfizin üstündən basmalı

E) Sidiyi kateterlə boşaltmalı


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
940) Son dövrünü idarə etmək üçün mama nə etməlidir?

A) Anaya güc verməyi təklif etməli

B) Simfizin üstündən basmalı

C) Uşaqlığın dibindən basmalı

D) Uşaqlığı yığan preparatdan istifadə etməli

E) Göbək ciyəsinin ucundan tutub xaric etməli


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
941) İlk doğan qadınlarda doğuşun müddəti nə qədər olur?

A) 5 – 6 saat

B) 8 – 12 saat

C) 3 – 4 saat

D) 12 – 15 saat

E) 15 – 24 saat


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
942) Yeni doğulmuş uşaq neçə saatdan bir əmizdirilməlidir?

A) Gecə 6 saat istirahət verməklə

B) Hər 3 saatdan bir

C) Yeni doğulmuş nə qədər tələb edərsə

D) 6 saatdan bir

E) Hər bələkdən sonra


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
943) Çoxdöllü hamilə qadın stasionara nə vaxt göndərilməlidir?

A) 40 həftədə

B) Doğuşun II-ci dövründə

C) Dölyani maye açıldıqdan sonra

D) Doğum sancıları başlayandan sonra

E) Doğuşa iki həftə qalmış


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
944) Çanaq gəlişlərində aşağıdakılardan hansı göstərişdir?

A) Hamilələrin doğuşa 2 həftə qalmış stasionara göndərilməsi

B) Doğuşun tezləşdirilməsi

C) Döl qişasının süni açılması

D) Dölün klassik üsulla döndərilməsi

E) Planlı Keysəriyyə əməliyyatının aparılması


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
945) Həddindən artıq qusmada hamilədə nə baş verir?

A) Aritmiya

B) Anemiya

C) Bradikardiya

D) Taxikardiya

E) Hipertoniya


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
946) Nadir forma toksikoza nə aiddir?

A) Ürək bulanma

B) Tüpürcək ifrazının çoxalması

C) Qusma


D) Qaraciyərin kəskin sarı atrofiyası

E) Ödem
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985


947) Hansı hamilənin sidiyini şəkərə görə yoxlamaq lazımdır?

A) Uşaqlıqda köhnə çapıq toxuma varsa

B) Gecikmiş doğuş olarsa

C) Çoxlu abort olunubsa

D) Iri döl doğan

E) Tezləşmiş doğuşlarda


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
948) Şəkərli diabeti olan anadan doğulan uşaqda ilk növbədə nəyi yoxlamaq lazımdır?

A) Sidiyin miqdarını

B) Qanda şəkərin miqdarını

C) Qan qrupunu və Rh-faktoru

D) Dərisinin rəngini

E) Ürək və tənəffüs sisteminin vəziyyətini


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
949) Dölün bətndaxili anomaliyalarına əsasən hansı xəstəliklərdə rast gəlinir?

A) Məxmərək

B) Difteriya

C) Kəskin bronxit

D) Suçiçəyi

E) Kəskin rinit


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
950) Dölyani maye çox olarsa doğuş vaxtı döl qişası nə vaxt süni açılır?

A) Uşaqlıq boynu tam açıq olan halda

B) Güc vaxtı

C) Uşaqlıq boynu 6 sm açıq olanda

D) Sancı vaxtı

E) Uşaqlıq boynu 2 sm açıq olanda


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
951) Qorxulu düşük üçün xarakterik əlamət nə ola bilər?

A) Hamiləliyin müddəti axırıncı aybaşıya uyğun gəlmir

B) Qarının aşağı hissəsində ağrıların olması

C) Qanaxma

D) Uşaqlıq boynunun qısalması

E) Sancı şəkilli ağrılar


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
952) Natamam abortlarda taktika nədən ibarətdir?

A) Müalicəni davam etdirmək lazımdır

B) Gözləmək lazımdır

C) Anaya yaş oksigen vermək lazımdır

D) Hamiləliyin saxlanması

E) Uşaqlıq boşluğunu qaşımaq


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
953) Vaxtı ötmüş hamiləlikdə döldə nə baş verə bilər?

A) Dölün əmgək və oxabənzər tikişinin enli olması

B) Dölün çəkisinin 4200 qr olması

C) Döldə hidrosefaliya

D) Dölün böyük əmgəyinin açıq olması

E) Əl və ayaqların dərisi masserasiyalaşır


Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985

Yoluxucu xəstəliklər fənninin testləri

954) Yoluxucu xəstəliklərdə infeksiya mənbəyi bunlardan hansılardır?

A) Xəstə insan, qida, ərzaq məhsulları

B) Xəstə insan, rekonvalessentlər və sağlam insan

C) Xəstə insan, xəstə heyvan

D) Xəstə insan, patoloji prosesin lokallaşdığı yer, rekonvalessentlər

E) Xəstə insan, xəstə heyvan, infeksiya gəzdirənlər, rekonvalessentlər


Ədəbiyyat: N.Əliyev. Yoluxucu xəstəliklər 1993
955) Peyvəndlər hansı preparatlar ilə aparılır?

A) Anatoksin, interferon, qamma-qlobulin, vaksin

B) Zərdablar, vaksinlər, nitrofuran törəmələri

C) Antibiotiklər, sulfanilamidlər, bakteriofaqlar

D) Zərdablar, vaksinlər, anatoksinlər, qamma-qlobulinlər

E) Zərdab vaksin, regidron, trisol


Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999
956) Dezinfeksiyaedici məhlullar hansılardır?

A) Lizol, xloramin, albumin, reopoliqlükin, B-propiolakton

B) Xloramin, lizol, hemodez, poliqlükin

C) Xlor, süleymani məhlulu, fenol, hemodez

D) Regidron, lizol, xlorlu əhəng, fenol

E) Xloramin, lizol, xlorlu əhəng, hidrogen-peroksid, fenol B-propiolakton


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
957) Dezinfeksiya nədir?

A) Kontaktda olan şəxslərin tibbi nəzarəti

B) Xəstələrin ətraf mühitdən təcrid edilməsi

C) Xəstəlikdən sağalmışların müşahidəyə götürülməsi

D) Xəstələrin tibbi nəzarəti

E) Ətraf mühitdə törədicilərin, onların ötürücüləri olan həşəratların, gəmiricilərin məhv edilməsi


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
958) Gözləri yumaq üçün hansı məhluldan istifadə edilir?

A) 0,9 % - li NaCl məhlulu

B) 0,5 % - li natrium – hidrokarbaonat məhlulu

C) 2 % - li bor turşusu məhlulu

D) Hemodez, ringer məhlulu

E) 5 % - li qlükoza məhlulu


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
959) Simptom nəyə deyilir?

A) Ayrı-ayrı orqan və toxumalarda baş verən patoloji proseslərə

B) Bir neçə xəstəlik əlamətlərinin birlikdə təzahür etməsi

C) Xəstəlik nəticəsində meyadana çıxan vahid patogenezlə birləşən əlamətlərin məcmusu

D) Xəstəliyin əlaməti olan patoloji hala

E) Yoluxucu xəstəliklər zamanı qanda, sidikdə, nəcisdə, bəlğəmdə gedən dəyişikliklərə


Ədəbiyyat: N. Əliyeva. “Yoluxucu xəstəliklər”1993
960) Süni passiv immunitet necə əmələ gəlir?

A) Anticism tərkibi qan zərdabı və qamma-qlobulinlərin yeridilməsi zamanı

B) Vaksinlərin yeridilməsində

C) Nəsildən-nəsilə irsi yolla keçmə zamanı

D) Yoluxucu xəstəliyi keçirdikdən sonra

E) Anadangəlmə


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
961) Residiv nəyə deyilir?

A) Əlamətlərin geriyə qayıtması

B) Periodik olaraq kəskinləşən xəstəlik

C) Törədicinin yenidən yoluxdurulması

D) Bir neçə əlamətin birlikdə təzahürünə

E) Simptomsuz, subklinik səviyyədə cərəyan edən prosesə


Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
962) Dizenteriyada infeksiya mənbəyi bunlardan hansıdır?

A) Bit, birə, gənə

B) İri və xırda mal-qara

C) Vəhşi və ev quşları

D) Xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlər

E) Qansorucular


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
963) Dizenteriyanın əsas klinik formaları hansılardır?

A) İntestnal forma, generalizə olunmuş forma: yatalağabənzər və septikopiyemik variantları; bakteriyagəzdirmə

B) Kəskin: kolitik, qastroenterokolitik, qastroenterik; xroniki: residivlənən və fasiləsiz formaları; bakteriyagəzdirmə

C) Eritematoz, eritematoz – bulyoz, eritomatoz – hemorragik forma

D) Dəri: karbunkulyoz, bulloz, erizipiloid; ağcyər və bağırsaq formaları

E) Bubon, göz bubon, generalizə edilmiş


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
964) Amyöbiazın klinik formaları hansıdır?

A) Anginoz-bubon, göz-bubon, xoralı bubon

B) Bağırsaq, bağırsaqdan kənar, dəri

C) Algit, dəri, qastritik

D) Qastrit, qastrointerit, qastroenterokolitik

E) Dəri, dəri-bubon, ağ ciyər, bağırsaq


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
965) Qarın yatalağının ağırlaşan simptomları hansılardır?

A) Bağırsaq qanaxması, bağırsağın deşilməsi, perforativ peritonit, infeksion, toksiki şok

B) Perforativ peritonit, otit, parotit, bronxit

C) Ağciyər qanaxması, mədə qanaxması

D) Əzələləriniflici, bağırsaq qanaxması

E) Burundan qanaxma, irinli meningit


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
966) Vəba xəstəliyində orqanizmdə baş verən əsas patogenetik dəyişikliklər hansılardır?

A) Nazik bağırsağın limfa aparatının zədələnməsi, orqanizmin intoksikasiyası

B) Bağırsaqdan qanaxma, bağırsaq divarının deşilməsi

C) Bütün orqan və sistemlərdə damar aparatının zədələnməsi

D) Bağırsaq epitelisinin ferment sisteminin zədələnməsi və sorulmanın pozulması, orqanizmin intoksikasiyası, dehidratasiya, deminerallaşma

E) Yoğun bağırsağın nekrotik zədələnməsi


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
967) Vəbanın klinik formalarının klassifikasiyası necədir?

A) Abdominal, algid, generalizə olunmuş formalar

B) Enterit, qastroenterit, algid, asfiksik, komatoz formalar

C) Enterit, qastroenterit, ağ ciyər formaları

D) Dəri-bubon, anginoz-bubon, asfiksik, komatoz formaları

E) Dəri, ağ ciyər, enterit, qastroenterit, algid formalar


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
968) QTİ diaqnostikası nəyə əsaslanır?

A) Rayt-Xeddelson reaksiyası

B) Bürne sınağı

C) Bakterioloji üsul

D) Vidal reaksiyası

E) Qalın damcı və qan yaxması


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
969) QTİ əsas klinik simptomları hansılardaır?

A) Ürəkbulanma, qusma, sağ qabırğaaltı nahiyədə ağrılar, sidiyin rənginin tündləşməsi, nəcisin rəngsizləşməsi

B) Ürəkbulanma, qusma, ishal, “moruq jelesini” xatırladan, sutkda 3-5 dəfə nəcis ifrazı, zəiflik

C) Ürəkbulanma, qusma, sutkada 15-20 dəfə selikli və qanlı ishal, tenezmlər, halsızlıq

D) Ürəkbulanma, dəfələrlə bollu qusma, düyü həlimini xatırladan ishal dehidratasiya, deminerallaşma asidoz, hipovolemiya

E) Ürəkbulanma, qusma, sutkada 10-15 dəfə duru nəcis ifrazı, epiqastral nahiyədə ağrılar, zəiflik


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
970) Salmonellyoz xəstəliyinin əsas klinik simptomları hansılardır?

A) Meteorizm, qusma, pustulyoz səpki, ishal

B) Tez-tez duru nəcis ifrazı, tenezmlər, vezikulyoz səpkilər, qaraciyərin böyüməsi, qıcolmalar, temperaturun yüksəlməsi

C) Ürəkbulanma, qusma baş ağrısı, ənsə əzələlərinin rigidliyi, totofobiya, hidrofobiya

D) Epiqastral nahiyədə ağrı, ürəkbulanma, petexial səpki, qaraciyərin böyüməsi, temperaturun yüksəlməsi, limfatik düyünlərin iltihabı

E) Ürəkbulanma, qusma, tez-tez duru nəcis ifrazı (köpüklü, selikli,), epiqastral nahiyədə ağrı, temperaturun yüksəlməsi, qıcolmalar


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
971) Salmonelyozun diaqnostikası nəyə əsasən qoyulur?

A) Klniki, epidemioloji məlumat, aqqlütinasiya reaksiyası, bioloji üsul, immunoflyüoressent tədqiqat

B) Kliniki, epidemioloji məlumat, bakterioloji və seroloji tədqiqat (aqqlütinasiya və qeyri-düzgün hemaqqlütinasiya reaksiyası), immunoflüoressent tədqiqat

C) Kliniki epdemioloji məlumat, allerqoloji sınaq, bakterioloji tədqiqat

D) Bakterioskopik seroloji üsullar, qan yaxmasının müayinəsi, rektomanoskopiya

E) Bakterioskopik, seroloji, klinik və epidemioloji tədqiqat, qanın qalın damcısının müayinəsi


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
972) Botulizmin infeksiya mənbəyi?

A) Gəmiricilər, həşəratlar

B) Xəstə insan

C) Bakteriya gəzdirənlər

D) İstiqanlı və bəzən soyuqqanlı heyvanlar

E) Ağcaqanadlar


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
973) Hepatit A virusunun infeksiya mənbəyi bunlardan hansılardır?

A) Gəmiricilər

B) Qansoranlar

C) Həşəratlar

D) Heyvanlar

E) Xəstə insan və virusgəzdirənlər


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
974) Hepatit A virusunun əsas klinik formaları hansılardır?

A) Bağırsaq forma, bağırsaqdan kənar formalar, amyöb hepatiti və qaraciyərin absesi, dəri forma

B) Kəskin intestinal forma, xroniki: residivlənən və fasiləsiz; bakteriyagəzdirmə

C) Qastroenteritik, enterokolitit, qastroenterokolitik

D) İntestinal forma, generalizə olunmuş, yatalağabənzər, septikopiemik variantlar, bakteriyagəzdirmə

E) Sarılıqsız və sarılıqlı forma, virusgəzdirmə


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
975) Hepatit A virusunun müalicəsi necədir?

A) Pəhriz stolu N5, kolloid və poliion məhlulların parenteral yeridilməsi, vitamin qrupları, hepatoprotektorlar, fermentlər

B) Pəhriz stolu N15, bol maye qəbulu, intranazal interferon, remantadin

C) Xəstəliklər hospitalizasiya edilir, təcili mədəsi yuyulur, təmizləyici imalə edilir. Monovalent, yaxud polivalent zərdab təyin edilir.

D) Pəhriz stolu N13, levomisetin qrup antibiotiklər, sulfanilamid preparatlar, B və C vitamin qrupları, kolloid və poliion maddələr, yuxu gətiricilər

E) Pəhriz stolu N 2, levomisetin və sefalosporin qrup antibiotiklər, bakteriofaqlar


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993; Э. П. Шувалова «Инфекционные болезни» 1999
976) Brüsellyozun spesifik profilaktikasına nə aiddir?

A) Südün zərərsizləşdirilməsi

B) Baytar-sanitariya tədbirləri

C) Vaksinasiyanın aparılması

D) Kontaktda olanlara bakteriofaqların verilməsi

E) Heyvanların yun və güzəmlərinin zərərsizləşdirilməsi


Ədəbiyyat: N. Əliyev “Yoluxucu xəstəliklər” 1993
977) Leptospirozun törədicisini göstərin?

A) Bakteriyalar

B) Göbələklər

C) İbtidailər

D) Viruslar

E) Spiroxetlər


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
978) Leptospirozun diaqnostikasını göstərin?

A) Qalın damcı və qan yaxmasının müayinəsi

B) Kumbs reaksiyası, immunoflyüoressent üsulu

C) Bakterioloji, bioloji üsullar, KBR, mikroaqqlyütinasiya reaksiyası

D) Neqativ buri üsulu, zərcirvari-polimeraz reaksiyası

E) Bürne allergik sınağı, Rayt-Xeddelson reaksiyası


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
979) Qrip xəstəliyi zamanı 2-cili infeksya kimi hansı ağırlaşmalar baş verə bilər?

A) Pnevmoniya. bronxit, otit, dalağın partlaması

B) Pnevmoniya, bronxit, bağırsağın deşilməsi, qanaxma

C) Pnevmoniya, rinit, faringit, laringit, traxeobronxit, haymorit, frontit, otit

D) Pnevmoniya, bronxit, haymorit, tromboflebit

E) Pnevmoniya, bronxit, osteomielit, dalağın absesi


Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin