Tibb bacısı ixtisası üzrə test suallarının nümunələri Pediatriya Üzrə Test Tapşırıqları


) Bağırsaq infeksiyalarına yoluxmuş uşaqların müalicəsi zamanı ilk addım hansıdır?



Yüklə 1,58 Mb.
səhifə2/16
tarix26.11.2016
ölçüsü1,58 Mb.
#230
1   2   3   4   5   6   7   8   9   ...   16

84) Bağırsaq infeksiyalarına yoluxmuş uşaqların müalicəsi zamanı ilk addım hansıdır?

A) Çay-su fasiləsi, müalicəvi qida

B) Vitaminoterapiya

C) Antibiotikoterapiya

D) Hormonterapiya

E) Fermentoterapiya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
85) Göy öskürək xəstəliyinə yoluxmuş uşaqlarda diaqnoz nəyə əsaslanır?

A) Qanın ümumi müayinəsi

B) Qanın biokimyəvi müayinəsi

C) Bəlğəmin bakterioloji müayinəsi

D) Sidiyin müayinəsi

E) Nəcisin müayinəsi


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
86) Repriz nədir?

A) Səsli dərin nəfəs alma

B) Tutmaşəkilli öskürək

C) Tənəffüsün dayanması

D) Patoloji nəfəs alma

E) Hürücü öskürək


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
87) Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunursa, mübarizə üçün əsas terapevtik prinsip hansıdır?

A) Hormonterapiya

B) Parenteral duz məhlullarının yeridilməsi

C) Fitoterapiya

D) Vitaminoterapiya

E) Stimuləediciterapiya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
88) Virus hepatiti zamanı sarılıq nə ilə əlaqədardır?

A) Ödün qatılaşması ilə

B) Öd yollarının diskineziyası ilə

C) Qanda bilirubinin çoxalması

D) Fermentlərin miqdarının az olması ilə

E) Eritrositlərin parçalanması zamanı


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
89) Hepatitlər zamanı təyin edilən əsas laborator amil hansıdır?

A) C-reaktiv zülal

B) Bilirubin

C) Ümumi zülal

D) Hemoqlobin

E) Qalıq azot


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
90) Hepatit A-nın yoluxma yolu hansıdır?

A) Parenteral

B) Alimentar

C) Kontakt-məişət

D) Transfuzion

E) Hava-damcı


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
91) Sarılıqdan əvvəlki dövrdə virus hepatiti diaqnozunun əsas amili hansıdır?

A) Anoreksiya

B) Yüksək hərarət

C) Kataral dəyişikliklər

D) Qusma

E) Qara ciyərin ölçülərinin dəyişməsi, anamnez


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
92) Hepatit B-yə yoluxma yolu hansıdır?

A) Oral-fekal

B) Kontakt-məişət

C) Alimentar

D) Hava-damcı

E) Parenteral


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
93) Hepatit A zamanı inkubasion dövr nə qədər ola bilər?

A) 1 il


B) 1 həftə

C) 2 gün


D) 3 ay

E) 1 aya qədər


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
94) Hepatit B zamanı inkubasion dövr nə qədər ola bilər?

A) 4 gün-1 həftə

B) 6 həftə-6 ay

C) 1-3 gün

D) 2 il

E) 1 il
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002


95) Hepatit zamanı əsas müalicə prinsipi nədir?

A) Fermentterapiya

B) Qoruyucu rejim, dieta, virusəleyhinə, dezintoksikasion terapiya

C) Antibiotikoterapiya

D) Hormonterapiya

E) Dieta, vitaminoterapiya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
96) Hepatit B-yə yoluxmamaq üçün əsas profilaktik tədbir hansıdır?

A) Erkən diaqnostika

B) Dezinfeksiya

C) Karantin

D) Aktiv immunizasiya

E) Yaxşı qulluq


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
97) Hepatit aşkar olunarsa, hansı tədbirlər aparılmalıdır?

A) Aktiv immunizasiya

B) Passiv immunoqlobulinlə immunizasiya

C) Vitaminoterapiya

D) Transfuzion terapiya

E) Hormonoterapiya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
98) Hepatitə yoluxmuş xəstə ilə kontaktda olan uşaq neçə müddətə izolə olunmalıdır?

A) 6 ay


B) 7 gün

C) 4 gün


D) 35 gün

E) 10 gün


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
99) Adı çəkilən bakterial infeksiyalardan hansını idarə olunan xəstəliyə aid etmək olar?

A) Qara yara

B) Botulizm

C) Skarlatina

D) Salmanelyoz

E) Difteriya


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
100) Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür?

A) Badamcıqlarda ərp olduqda

B) Diareya olduqda

C) Tənəffüs çətinləşdikdə

D) Yüksək hərarət olduqda

E) Səpgi zamanı


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
101) Aşağıdakı virus infeksiyalarından hansı idarə olunan sayılır?

A) Poliomielit , Hepatit B

B) Adenovirus

C) Sitomeqalovirus

D) Herpes

E) Hepatit C


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
102) Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?

A) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)

B) Vərəm əleyhinə vaksin (BSJ)

C) Poliomielitə qarşı oral vaksin (OPV)

D) Qızılcaya qarşı olan vaksin

E) Hepatit B-yə qarşı vaksin (EUVAX)


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
103) Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?

A) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin

B) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT)

C) Tetanusa qarşı anotoksin (AT)

D) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM)

E) “B” hepatitinə qarşı vaksin


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
104) Cansız vaksinlərin əksəriyyəti necə yeridilir?

A) Dərialtı

B) Per oral (ağızdan)

C) Vena daxilinə

D) Dəri daxili

E) Əzələ daxili


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
105) Hansı yaşda AGDT vaksini vurulur?

A) İstənilən yaşda

B) 2 aylıqdan 6 yaşadək

C) 10 yaşlı uşaqlara

D) 6 yaşdan böyük uşaqlara

E) Yeni doğulmuşlara


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
106) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı postvaksinal reaksiyalar müşahidə olunur?

A) 3 gündən sonra hərarət yüksəlir

B) Ürəkbulanma, qusma

C) Diareya

D) İnyeksiya yerində abses

E) 2 gün ərzində hərarət yüksəlir, vaksinanın yerində ağrı və şişkinlik ola bilər


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
107) Cansız vaksinlər bədənin hansı nahiyəsinə vurulur?

A) Saidin ön nahiyyısinə dəri altına

B) Bud əzələsinin bayır nahiyəsinə

C) Ön qarın əzələsinə

D) Sağrı əzələsinə

E) Kürəkaltı əzələyə


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)

108) Qızılca, parotit və məxmərək əleyhinə vaksin (QPM) hansı nahiyyəyə vurulur?

A) Vena daxilinə

B) Dəri daxilinə

C) Əzələ daxilinə

D) Kürəkaltı əzələyə

E) Bazuya dəri altına


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
109) Həll edilmiş AGDT (göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir?

A) 1 gün


B) Vaxt məhdudiyyəti yoxdur

C) 7 günədək

D) 5 günədək

E) 2-3 saat


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
110) Donmaya həssas olan vaksinlər hansıdır?

A) AGDT, ADT, Hepatit B

B) BSJ

C) Poliomielit əleyhinə vaksin



D) QPM

E) Qızılca əleyhinə vaksin


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
111) İstiyə həssas olan vaksinlər hansılardır?

A) OPV (poliomielit), BSJ (vərəm əleyhinə) vaksin

B) Hamısı istiyə həssasdır

C) ADT (difteriya, tetanus )əleyhinə vaksin

D) Hepatit B əleyhinə vaksin

E) Difteriya, göyöskürək, tetanus əleyhinə vaksin (ADGT)


Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
112) Vaksinlər GEM-də və tibb müəssisələrində hansı temperaturda saxlanılır?

A) -14° C

B) -10° C

C) +20° C

D) +10° C

E) +2° C - +8° C


Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
113) Termokonteynerlərdə vaksin və həlledicilər neçə gün saxlanıla bilər?

A) +10° C temperaturda bir həftə

B) +2° C -+8° C temperaturda işlədilənə qədər

C) +8° C temperaturda 10 gün

D) +2° C- +8° C temperaturda 2-5 gün

E) +2° C -+8° C temperaturda 1 ay


Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
114) Termoçantalarda vaksin və həlledicilər neçə gün qala bilər?

A) +2° C -+8° C istənilən müddət

B) +2° C -+8° C 3 gün

C) +2° C -+8° C 70 saat

D) +2° C -+8° C 10 gün

E) +2° C -+8° C 48 saat


Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
115) Vaksin flakonunda olan nəzarət indikatoru hansı vaksinlərin üzərində olur?

A) Qızılca vaksinində

B) Difteriya, tetanus vaksinində (ADT)

C) Qızılca, parotit, məxmərək vaksinində (QPM)

D) Poliomielit (OPV) və Hepatit B

E) Difteriya, göyöskürək və tetanus vaksini (AGDT)


Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
116) Silkələnmə testi hansı peyvəndlərdə yoxlanılır?

A) Difteriya, göyöskürək, tetanus (ADGT), Difteriya, tetanus (ADT), hepatit B

B) Qızılca vaksinində

C) BSJ vaksinində

D) QPM vaksinində

E) Poliomielit vaksinində (OPV)


Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
117) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?

A) Temperaturu yoxlamağa ehtiyac yoxdur

B) Günaşırı

C) Gündə 1 dəfə

D) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda

E) Həftədə 1 dəfə


Ədəbiyyat: A.Vəlibəyov Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi Metodik göstərişlər. Bakı, 2006
118) Qlomerulonefrit zamanı orqanizmdə sensibilizasiyanı hansı mikroorqanizm yaradır?

A) Qonokokk

B) β-hemolitik streptokokk

C) Helmintlər

D) Ibtidailər

E) Stafillokokk


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
119) Qlomerulonefritin yaranmasında əsas amil hansıdır?

A) Viraj


B) Infeksiyanın daxil olması

C) Infeksion-allergik

D) Diatez

E) Parazitar amil


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
120) Qlomerulonefritin fəsadı hansıdır?

A) Hipervolemiya

B) Eklampsiya

C) Hipovolemiya

D) Proteinuriya

E) Hematuriya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
121) Qlomerulonefrit xəstəliyinin nefrotik forması müşahidə olunan zaman ödemin əsas lokalizasiyası?

A) Qarında

B) Üzdə

C) Bel nahiyəsində

D) Yuxarı ətrafda

E) Aşağı ətrafda


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
122) Qlomerulonefrit zamanı hansı antibiotikin işlənməsi səciyyəvidir?

A) Yarım sintetik

B) Rezerv qrupu

C) Penisillin qrupu

D) Makrolidlərin

E) Sintetik


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
123) Zimitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?

A) Sidikdə şəkərin miqdarı

B) Bakterioloji müayinə

C) Sidik çöküntüsü

D) Sidiyin xüsusi çəkisi

E) Sidikdə formalı elementlər


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
124) Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?

A) Natrium duzları, mayeni toxumalarda saxlayır

B) Maqnezium duzları sinir sistemini tənzimləyir

C) Selenium azad radikalları çıxarır

D) Kalsium duzları osteopoezdə iştirak edir

E) Kalium duzları ürəyə təsir edir


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
125) Qlomerulonefrit xəstəliyinin hematurik forması zamanı əsas klinik əlamət hansıdır?

A) Eklampsiya

B) Arterial təzyiqin yüksəlməsi

C) Ödem


D) Arterial təzyiqin enməsi

E) Sidikdə qan


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
126) Qlomerulonefrit xəstəliyinin nefrotik forması zamanı əsas klinik əlamət hansıdır?

A) Protenuriya

B) Hipotenziya

C) Ödem


D) Eklampsiya

E) Hipertenziya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
127) Addis-Kakovski üsulu ilə sidiyin hansı porsiyası müayinə olunmalıdır?

A) Sutkalıq diurez

B) 12 saat ərzində

C) Gecə diurezi

D) Axşam diurezi

E) Səhər diurezi


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
128) Addis-Kakovski sınağının normal nəticələri aşağıdakılardan hansıdır?

A) Leykositlər-200-400

B) B) Leykositlər-20000-40000

C) Leykositlər-20000000-40000000

D) Leykositlər-2000-4000

E) Leykositlər-2000000-4000000


Ədəbiyyat: Е.Ежова, Г.И.Ежов «Педиатрия», Практикум Минск «Вышейшая школа» 2003.
129) Neçiporenko üsulu üçün sidiyin hansı porsiyası götürülməlidir?

A) Gecə diurezi

B) Axşam diurezi

C) Səhər diurezi

D) 10 ml birdəfəlik sidik

E) Sutkalıq diurez


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
130) Neçiporenko üsulu zamanı sidiyin normal göstəriciləri hansıdır?

A) Leykositlər-400000, Eritrositlər-100000

B) Leykositlər-40000, Eritrositlər-10000

C) Leykositlər-40, Eritrositlər-10

D) Leykositlər-400, Eritrositlər-100

E) Leykositlər-4000, Eritrositlər-1000


Ədəbiyyat: Е.Ежова, Г.И.Ежов «Педиатрия», Практикум Минск «Вышейшая школа» 2003
131) Pielonefrit nədir?

A) Qurd invaziyası

B) Sidik kisəsinin infeksion iltihabı

C) Defisit nəticəsində baş verən proses

D) Böyrək və sidik yollarının infeksion-allergik prosesi

E) Atopik-allergik proses


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
132) Anemiya nədir?

A) Qanın formalı elementlərinin sayının azalması

B) Trombositlərin sayının azalması

C) Eritrositlərin sayının azalması

D) Leykositlərin miqdarının azalması

E) Hemoqlobin və eritrositlərin sayının azalması


Ədəbiyyat:

Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
133) Qanda II çarpazlaşma nə vaxt baş verir?

A) 5-6 ay

B) 3- 4 günlük

C) 1-2 yaş

D) 5-6 yaş

E) 1-2 ay


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
134) II çarpazlaşma hansı qan elementləri arasında baş verir?

A) Eritrosit-trombosit

B) Neytrofil-limfosit

C) Trombosit-leykosit

D) Eritrosit-leykosit

E) Eritrosit-monosit


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
135) Hemofiliya nədir?

A) Disproteinemiya

B) Laxtalanmanın pozulması

C) Hipervolemiya

D) Hipovalemiya

E) Dizbakterioz


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
136) Hemorragik vaskulit zamanı nə zədələnir?

A) Zülalın miqdarı çoxalır

B) Qan-damar divarı

C) Trombositlərin miqdarı azalır

D) Laxtalanma faktoru

E) Zülalın miqdarı azalır


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
137) Trombositopeniya nədir?

A) Zülalın miqdarının çoxalması

B) Zülalın miqdarının azalması

C) “K” vitaminin azalması

D) Trombositlərin miqdarının azalması

E) Damarların zədələnməsi


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
138) Hemorragik vaskulit zamanı hansı vitaminlərin təyini zəruridir?

A) Vitamin PP

B) Vitamin D

C) Vitamin A, C

D) Vitamin K, E

E) Vitamin B


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
139) Hemorragik diatezlərə hansı patologiya aiddir?

A) Hemofiliya, anemiya

B) Disproteinemiya, anemiya, hemofiliya

C) Dəmir-defisitli anemiya

D) Anemiya, dizbakterioz, trombositopeniya

E) Hemofiliya, hemorragik vaskulit, trombositopeniya


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
140) Hemolitik anemiyalar zamanı qanda nə baş verir?

A) Hemoliz

B) Hemoqlobinin sintezi pozulur

C) Posttravmatik qanaxma

D) Hemopoez pozulur

E) Keçiricilik yüksəlir


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
141) Defisitli anemiyanın yaranma səbəbi hansıdır?

A) Trombositlərin miqdarı azalır

B) Hemopoez pozulur

C) Keçiricilik pozulur

D) Hemoqlobinin sintezi pozulur

E) Hemoliz


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
142) Leykozun diaqnozunu təsdiqləmək üçün əsas klinik-diaqnostik əlamət hansıdır?

A) Sarılıq əmələ gəlməsi

B) Rəngin avazıması, Hb və eritrositlərin sayının azalması

C) Limfa vəzilərinin böyüməsi

D) Laxtalanmanın pozulması

E) Periferik qanda cavan formalı elementlərə rast gəlinməsi


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
143) Talassemiya nədir?

A) Qanaxma nəticəsində baş verən anemiya

B) Hemoqlobin sintezinin pozulması nəticəsində yaranan eritrositlərin irsi anomaliyası

C) Trombositlərin anomaliyası

D) Posthemorragik anemiya

E) Defisitli anemiya


Ədəbiyyat: Əyyubova A.A, Qurbanov T.H, Axundova L.R “Uşaq xəstəlikləri” Bakı “Maarif” 2000
144) Şəkərli diabet zamanı hansı vəzin funksiyasının dəyişməsi baş verir?

A) Hipofiz vəzinin

B) Qaraciyərin

C) Mədəaltı vəzinin

D) Epifiz vəzinin

E) Qalxanvari vəzinin


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
145) Normada qanda şəkərin miqdarı nə qədərdir?

A) Olmur


B) 0-3 mmol/l

C) 3,3-5,5 mmol/l

D) 7 mmol/l

E) 6,6-7,7 mmol/l


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
146) Normada sidikdə şəkərin miqdarı nə qədərdir?

A) 6,5-7,5 mmol/l

B) 0-3 mmol/l

C) 7 mmol/l

D) 3,3-5,5 mmol/l

E) Olmur


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
147) İnsulinterapiyanın təyini zamanı hansı faktı nəzərə almaq lazımdır?

A) Sidiklə ifraz olunan hər 4-5 qr qlükozaya 1 TB insulin təyin edilir

B) Xəstənin ümumi vəziyyətinə görə təyin edilir

C) Sidiklə ifraz olunan hər 10 qr qlükozaya 1 TB insulin təyin edilir

D) Xəstənin yaşına görə təyin edilir

E) Qanda olan qlükozanın miqdarına əsasən insulin təyin edilir


Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
148) Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?

A) İmmun variant-irsi meyillik

B) Uşaq orqanizmində yağ mübadiləsinin pozulması

C) Uşaq orqanizmində zülal çatmamazlığı

D) İnfeksion xəstəliklər

E) Gigiyenik qaydaların pozulması


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
149) Eksudativ-kataral diatezin əsas əlamətləri hansıdır?

A) Qan azlığı

B) Hərarətin yüksəlməsi

C) Dəri və selikli qişaların zədələnməsi və iltihabı, su-duz mübadiləsinin pozulması

D) Çəkinin azalması

E) Qusma və ishal


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
150) Qneys uşağın bədəninin hansı hissəsində olur?

A) Dilin üzərində

B) Qarının dərisində

C) Ovuc və ayaq altında

D) Qaşlarda və başın tüklü hissəsində

E) Büküşlərdə


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
151) Süd qartmaqları, eksudativ-kataral diatezlə xəstə uşağın bədəninin hansı hissəsində olur?

A) Kürək nahiyyəsinin dərisində

B) Ağız boşluğunun selikli qişasında

C) Boyun büküşlərində

D) Yanağın dərisində

E) Sağrı və bud nahiyəsinin dərisində


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
152) Eksudativ-kataral diatezli uşaqların selikli qişalarında hansı dəyişiklik olur?

A) Enterit

B) Kolit

C) Qastrit

D) “Coğrafi dil”, konyuktivit, bleforit, rinit, sistit

E) Selikli qişalarda dəyişiklik olmur


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
153) Eksudativ-kataral diatez diaqnozunu təsdiq etmək üçün hansı laborator müayinə edilir?

A) Qanda eozinofil və immunoqlobulin E yoxlanır

B) Nəcisin bakterioloji müayinəsi edilir

C) Qan bilrubinə görə yoxlanır

D) Əsnəkdən yaxma götürülür laborator müayinə edilir

E) Sidiyin ümumi müayinəsi edilir


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
154) Eksudativ kataral diatezli uşaq necə qidalanır?

A) Süddə hazırlanmış yarma sıyıqları verilir

B) Meyvə və tərəvəz əzmələri verilir

C) Ət bulyonu, qoyun əti verilir

D) Şəkər-ksilit və ya sorbitlə əvəz edilir, heyvani yağ-bitki yağı ilə əvəz edilir, xörək duzu azaldılır, ana südü və kalium duzları ilə zəngin qidalar verilir

E) Balıqdan hazırlanmış qidalar verilir


Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin