Tibb bacısı ixtisası üzrə test suallarının nümunələri Pediatriya Üzrə Test Tapşırıqları


) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?



Yüklə 1,58 Mb.
səhifə5/16
tarix26.11.2016
ölçüsü1,58 Mb.
#230
1   2   3   4   5   6   7   8   9   ...   16

304) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?

A) Simetidin

B) Qastroseptin

C) Ranitidin

D) Mədə şirəsi

E) Almaqel


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004

305) Sekretor çatışmazlıqla gedən xroniki qastritə xas olan əsas əlamət hansıdır?

A) Qida qəbulundan sonra sağ qabırğaaltı nahiyədə ağrı

B) Dispeptik əlamətlər: qıcqırma, qusma, qəbizlik

C) Qida qəbulundan sonra epiqastral nahiyədə küt ağrı

D) Bağırsaq tərəfindən dəyişikliklər: ishal, köpmə, meteorizm

E) Gecə və acqarnına ağrılar


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004


306) Eroziv qastriti olan xəstəyə hansı qrup preparatların təyin edilməsi məqsədə uyğun deyil?

A) Trankvilizatorlar

B) Geniş – spektrli antibiotiklər

C) Qeyri-hormonal iltihab əleyhinə preparatlar

D) Bürüyücü maddələr

E) Antasidlər


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004

307) Həzm sisteminin radioizotop müayinə metoduna daxildir?

A) Qaraciyərin skaner müayinəsi

B) Xolesistoqrafiya

C) Irriqoskopiya

D) Rektoromanoskopiya

E) Kolonoskopiya


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004


308) Xroniki enterit zamanı hansı qrup dərmanların təyini məqsədə uyğun deyil?

A) Antibiotiklər

B) Antibakterial preparatlar

C) Bioloji preparatlar

D) Həzm fermentləri

E) Anabolik steroid hormonlar


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004


309) Xroniki kolitin əsas simptomu nədir?

A) Diareya

B) Qəbizlik

C) Sol qabırğaaltı nahiyədə ağrı

D) Sağ qabırğaaltı nahiyədə ağrı

E) Epiqastral nahiyədə ağrı


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004


310) Kolit nədir?

A) Mədənin iltihabı

B) Nazik bağırsağın iltihabı

C) 12 barmaq bağırsağın iltihabı

D) Düz bağırsağın iltihabı

E) Yoğun bağırsağın iltihabı


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004

311) Splenomeqaliya termini nəyi bildirir?

A) Qaraciyərin böyüməsi

B) Dalağın böyüməsi

C) Mədəaltı vəzin böyüməsi

D) Mədənin böyüməsi

E) Öd kisəsinin böyüməsi


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004


312) Mexaniki sarılığı nə yaradır?

A) Eritrositlərin paraçalanması

B) Qaraciyərdə birləşdirici toxumanın inkişafı

C) Hepatositlərin parçalanması

D) Öd yollarında mexaniki maneəçilik

E) Virus hepatiti


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004

313) Öd durğunluğuna hansı faktor səbəb olmur?

A) Uzunmüddətli ishal

B) Hamiləlik

C) Psixoemosional gərginlik

D) Qida rejiminin pozulması

E) Kiçik fiziki aktivlik


Ədəbiyyat: Федюкович Н.И. Внутренние болезни, учебное пособие - Ростов н/Д.2000

314) Qaraciyər çatışmazlığında hansı ağırlaşma müşahidə edilmir?

A) Mexaniki sarılıq

B) Parenximatoz sarılıq

C) Assit


D) Toksiki ensefalopatiya

E) Kəskin xolesistit


Ədəbiyyat: Федюкович Н.И. внутренние болезни, учебное пособие - Ростов н/Д.2000


315) Mədə xorası daha çox mədənin hansı hissəsində əmələ gəlir?

A) Kardial hissədə

B) Pilorik hissədə

C) Mədə cismində

D) Böyük əyrilikdə

E) Kiçik əyrilikdə


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004

316) 12 Barmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?

A) Qida qəbulu zamanı

B) Qida qəbulundan 15-30 dəq. sonra

C) Qida qəbulundan dərhal sonra

D) Qida qəbulundan 2-3 saat sonra

E) Gecə və acqarına


Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004

317) Xroniki residivləşən pankreatit hansı xəstəlik zamanı daha çox müşahidə olunur?

A) Xroniki kolit

B) Mədə xorası

C) Xroniki duodenit

D) Öddaşı xəstəliyi

E) Xroniki enterit


Ədəbiyyat: Федюкович Н.И. Внутренние болезни, учебное пособие - Ростов н/Д.2000


318) Bu dərmanlardan hansı xroniki pankreatitdə ağrı kəsici kimi istifadə edilmir?

A) Morfin

B) Analqin

C) No-spa

D) Novokain

E) Baralqin


Ədəbiyyat: Федюкович Н.И. Внутренние болезни, учебное пособие - Ростов н/Д.2000

319) Xroniki mieloleykoz zamanı ən çox rast gəlinən kliniki simptom hansıdır?

A) Qara ciyərin böyüməsi

B) Dalağın böyüməsi

C) Qansızma

D) Qızdırma

E) Limfa düyünlərinin böyüməsi


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989

320) Hemorraqik vaskulitdə kliniki olaraq hansı sindromlar müşahidə olunmur?

A) Böyrək

B) Dəri

C) Oynaq


D) Qara ciyər

E) Abdominal


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
321) Xroniki limfoleykoz üçün ən xarakterik klinik simptom hansdır?

A) Limfa düyünlərinin böyüməsi

B) Qansızma

C) Qızdırma

D) Sümüklərdə ağrı

E) Dalağın böyüməsi


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
322) Dəmir defisitli anemiyada aşağıdakı simptomlardan ən az təsadüf olunanı hansıdır?

A) Sarılıq

B) Qlossit

C) Subfebril

D) Anoreksiya

E) Saçların tökülməsi


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989

323) Dəmir defisitli anemiyanın ən çox təsadüf olunan səbəbi hansıdır?

A) Qurd invaziyası

B) Qida ilə kifayət qədər dəmirin qəbul olunmaması

C) Qanitirmə

D) Avitaminoz

E) Anadangəlmə dəmir defisiti


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
324) B12 defisitli anemiyanın simptomları içərisində ən az təsadüf olunanı hansıdır?

A) Sarılıq

B) Anoreksiya

C) Qlossit

D) Saçların tökülməsi

E) Subfebril temperatur


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989

325) Aplastik anemiya zamanı əsas klinik sindrom hansıdır?

A) Intoksikasiya

B) Immunodefisit

C) Hepatolienal

D) Iltihab

E) Hemorragik


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
326) Hemorragik diatez üçün hansı simptom daha xarakterikdir?

A) Dalağın böyüməsi

B) Oynaqlarda ağrı

C) Qansızma

D) Titrəmə qızdırma

E) Zəiflik


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
327) Hemofiliya xəstəliyinin gedişinin tipik xüsusiyyəti hansıdır?

A) Xəstəliyin uşaq yaşlarından başlanmsı

B) Xəstəliyin şüa terapiyası ilə əlaqədar olması

C) Xəstəliyin infeksiyadan sonra inkişaf etməsi

D) Xəstəliyin sulfanilamid preparatların qəbulundan sonra meydana gəlməsi

E) Spontan remissiyalı kəskin gediş


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
328) Hemoragik vaskulit zamanı qansızma əsasən hansı xarakterli olur?

A) Qarışıq mikrosirkulyator-hematomalı

B) Vaskulit purpur

C) Angiomator

D) Hematoma

E) Petexial - ləkəli


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
329) Limfoqranulematoz zamanı ən çox rast gəlinən kliniki simptom hansıdır?

A) Sümüklərdə ağrı

B) Dəridə qaşınma

C) Limfa düyünlərinin böyüməsi

D) Qızdırma

E) Qaraciyərin böyüməsi


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
330) Kəskin diffuz qlomerulonefrit əsasən hansı infeksiyadan sonra yaranır?

A) Digər qrammənfi bakteriyalar

B) Streptokokk

C) Virus


D) Stafilokokk

E) Bağırsaq çöpləri


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
331) Yalnız hansı xəstəlik kəskin qlomerulonefritin təhlükəli ağırlaşması hesab edilmr?

A) Anemiya

B) Eklampsiya

C) Hiperkaliemiya

D) Kəskin böyrək çatmamazlığı

E) Kəskin sol mədəcik çatmamazlığı


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
332) Aşağıdakı sadalanan simptomlardan hansıları xroniki qlomerulonefritin nefrotik tipi üçün xarakterik deyil?

A) Arterial hipertenziya

B) Silindiruriya

C) Ödemlər

D) Proteinuriya

E) Hematuriya


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
333) Göstərilən xəstəliklərdən hansıları ən çox ikincili amiloidozun yaranmasına səbəb olur?

A) Revmatizm

B) Deformasiyaedici osteoartroz

C) Revmatoidli poliartrit

D) Podaqra

E) Xroniki pankreatit


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
334) Hansı müayinə böyrəkdə ikincili amiloidozun olduğuna şübhələnməyə əsas verir?

A) Hematuriya və böyrək çatmamazlığı

B) Proteinuriya 1q/sut; ödem

C) Proteinuriya 3-5 q/sut. çox

D) Aşağı ətrafların ödemi

E) Hipoproteinemiya


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
335) Sadalananlardan hansı əsasən böyrək amiloidozuna səbəb olur?

A) Bədxassəli hipertenziya

B) Anemiya

C) Böyrək çatmamazlığı

D) Böyrəkdaşı xəstəliyi

E) Ürək çatmamazlığı


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989

336) Hansı simptom xroniki böyrək çatmamazlığının ilk simptomudur?

A) A/T qalxması

B) Ödemlərin əmələ gəlməsi

C) Anemiyanın inkişafı

D) Dispepsik pozğunluqlar

E) Diurezin azalması


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
337) XBÇ olan xəstə ilk növbədə dietasında nəyi azaltmalıdır?

A) Yağları

B) Xörək duzunu

C) Karbohidratları

D) İçilən mayenin miqdarını

E) Zülalı


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989

338) Sadalananlardan hansı hemodializə göstəriş sayıla bilər?

A) Nəzərə çarpan ödemlər

B) Qanda kreatinin miqdarının 1,2mmol/l (12mq%) çox olması

C) Infeksion ağırlaşmalar

D) Görmənin kəskin zəifləməsi

E) Stabil arterial hipertenziya


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
339) Xroniki qlomerulonefritin hipertonik tipinin kəskinləşməsi zamanı yalnız hansı simptom xarakterik deyil?

A) Proteinuriya

B) Silindruriya

C) Hematuriya

D) Ödemlər

E) Arterial hipertenziya


Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989

340) Avtoklavda alətlərin sterilizasiya müddəti nə qədərdir?

A) 120 dəq

B) 30 dəq

C) 90 dəq

D) 60 dəq

E) 180 dəq


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

341) Qızdırmanın I dövründə nə tətbiq etmək olar?

A) İsti vanna

B) Soyuq kompress

C) isidici kompress

D) İsitqac

E) Yaş bürümə


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
342) Əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?

A) 30°


B) 45°

C) 90°


D) 60°

E) 75°
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989


343) Xəstənin yataq ağlarını neçə gündən bir dəyişirlər?

A) Ayda bir dəfə

B) 14 gündən bir

C) Ayda 2 dəfə

D) 7gündən bir

E) Gündə bir dəfə


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
344) Bayılma zamanı ilk yardım nədən ibarətdir?

A) Ürək nahiyəsinə soyuq kompress qoymaq

B) Xəstəni otuzdurmaqdan

C) Ətraflara turna qoymaqdan

D) Ürək nahiyəsinə isitqac qoymaqdan

E) Xəstəyə üfüqi vəziyyət verməkdən


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

345) Aşağıdakılardan hansı dispanser ola bilməz?

A) Dəri-zöhrəvi

B) Vərəm əleyhinə

C) Onkoloji

D) Endokrinoloji

E) Stomatoloji


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

346) Stasionar tipli müalicə müəsisəsinə aşağıdakılardan hansı aid deyil?

A) Klinika

B) Xəstəxana

C) Sanatoriya

D) Dispanser

E) Hospital


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

347) Orqanizmdən zəhərli maddələri çıxarmaq üçün hansı imalədən isitfadə olunur?

A) Qidalandırıcı

B) Yağlı

C) Təmizləyici

D) Dərman

E) Sifon
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989


348) Qanda oksigenin miqdarının azalması necə adlanır?

A) Aspirasiya

B) Hipoksiya

C) Hipoksemiya

D) Hiperkapniya

E) Asfiksiya


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
349) Kəskin bronxitli xəstənin əsas problemi nədən ibarətdir?

A) Boğulma tutmaları

B) Qızdırma və halsızlıq

C) Bəlğəmli öskürək

D) Tutmaşəkilli öskürək

E) Quru öskürək


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
350) Kəskin bronxitin inkişafının əsas səbəbi nədən ibarətdir?

A) Siqaret çəkmə

B) Zəhərlənmə

C) Soyuqlama

D) KRVİ (kəskin respirator virus infeksiyası)

E) Alkoqolizm


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
351) Qatı bəlğəmi durulaşdırmaq üçün nədən istifadə olunur?

A) Kalium yodid

B) Bromheksin

C) Kalsium xlorid

D) Kalium xlorid

E) Kalsium qlükonat


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
352) Tibb bacısının işinin I mərhələsi nədən ibarətdir?

A) Nəticələrin qiymətləndirilməsi

B) İnformasiya toplamaq

C) Qulluğu planlaşdırmaq

D) Xəstəyə yardım göstərmək

E) Xəstənin problemini təyin etmək


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
353) Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?

A) Onurğaya

B) Döş qəfəsinin aşağı hissəsinə

C) Kürəkaltı nahiyəyə

D) Döş qəfəsinin yan tərəflərinə

E) Kürəküstü nahiyəyə


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
354) Qanda qlükozanın miqdarı normada acqarına nə qədərdir?

A) 6,6 – 8,8 mmol/l

B) 3,3 – 5,5 mmol/l

C) 2,2 – 4,4 mmol/l

D) 5,5 – 7,7 mmol/l

E) 4,4 – 6,6 mmol/l


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
355) Şəkərli diabet zamanı qanda nə müşahidə olunur?

A) Hiperbilirubinemiya

B) Hiperproteinemiya

C) Hipoproteinemiya

D) Hipoqlikemiya

E) Hiperqlikemiya


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
356) Hansı xəstəlik zamanı sutkaliq diurez 5 l-ə qədər ola bilər?

A) Diffuz toksik zob

B) Endemik zob

C) Şəkərli diabet

D) Piylənmə

E) Hipotireoz


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
357) Şəkərli diabet xəstəliyinin müalicəsi zamanı hansı pəhrizi məsləhət görürlər?

A) Stol № 8

B) Stol № 9

C) Stol № 10

D) Stol № 7

E) Stol № 11


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

358) Hiperqlikemik koma zamanı xəstənin dərisi necə olur?

A) Quru


B) Nəm

C) Hiperemiyalaşmış

D) Saralmış

E) Sianozlu


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
359) Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?

A) Diabetik qanqrena

B) Metabolik alkaloz

C) Hiperqlikemik koma

D) Metabolik asidoz

E) Hipertonik kriz


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
360) Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?

A) Üfunət

B) Alkoqol iyi

C) Heç nə hiss olunmur

D) Ammonyak iyi

E) Aseton iyi


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
361) Hipoqlikemik koma zamanı xəstənin dərisi necə olur?

A) Nəm


B) Saralmış

C) Sianozlu

D) Hiperemiyalı

E) Quru
Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986


362) Hipoqlikemik koma zamanı xəstənin nəfəsində nə təyin olunur?

A) Aseton iyi

B) Üfunət iyi

C) Ammonyak iyi

D) Alkoqol

E) Heç nə hiss olunmur


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

363) Yataq yaralarının yaranmasının profilaktikası üçün ağır xəstələrin vəziyyətini neçə müddətdən bir dəyişmək lazımdır?

A) 2 saatdan bir

B) 3 saatdan bir

C) 1,5 saatdan bir

D) 2,5 saatdan bir

E) 1 saatdan bir


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
364) Piylənmənin klinik simptomları hansılardır?

A) Təngnəfəslik, tez yorulma

B) Qıcqırma, zəiflik

C) Ödem, baş gicəllənmə

D) Sarılıq, baş ağrısı

E) Ürək bulanma,qıcqırma


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
365) Piylənmənin müalicəsi zamanı tibb bacısı xəstəyə nə məsləhət görür?

A) Aclıq


B) Yüngülləşdirici günlər

C) Gündə 2 dəfə qida qəbulu

D) Qida qəbulunu əvvəlki kimi saxlamaq

E) Gündə 1 dəfə qida qəbulu


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
366) Piylənmənin müalicəsi zamanı hansı preparatlar istifadə olunur?

A) Diuretiklər

B) İltihabəleyhi

C) Antimikrob

D) Anoreksigen

E) Hipotenziv


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004
367) Iştahın olmaması nə adlanır?

A) Disfagiya

B) Polifagiya

C) Anoreksiya

D) Polidipsiya

E) Bulimiya


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004

368) Diffuz toksik zob xəstəliyi hansı xəstəliklər qrupuna aiddir?

A) Mədə-bağırsaq

B) Endokrinoloji

C) Nevroloji

D) Tənəffüs

E) Ürək-damar


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004
369) Diffuz toksik zob xəstəliyinin əsas triadası hansıdır?

A) Zob, taxikardiya, oliquriya

B) Ekzoftalm, əsəbilik, yorğunluq

C) Ekzoftalm, hipertoniya, zob

D) Zob, taxikardiya, ekzoftalm

E) Zob, bradikardiya, ekzoftalm


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
370) Qidada yod çatmamazlığı zamanı hansı xəstəlik inkişaf edir?

A) Piylənmə

B) Şəkərli diabet

C) Endemik zob

D) Hipotireoz

E) Diffuz toksik zob


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
371) Endemik zobun profilaktikası üçün hansı məhsulları yodlaşdırırlar?

A) Süd məhsulları

B) Qənd, konfet

C) xörək duzu

D) Ət məhsulları

E) Bitki yağları


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
372) Hipotireoz xəstəliyi zamanı hansı orqanın funksiyası pozulur?

A) Mədəaltı vəzin

B) Böyrəküstü vəzin

C) Qalxanabənzər ətraf vəzilərin

D) Hipofizin

E) Qalxanabənzər vəzin


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004
373) Bu əlamətlərdən hansı normal və yüksək sekresiyalı xroniki qastrit üçün xarakterikdir?

A) Xeyloz

B) Eroziv qanaxmalar

C) Dizbakterioz

D) Allergik reaksiyalar

E) Turşuluğun azalması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
374) Bunlardan hansı mədə və 12 barmaq xorasının əsas etioloji faktoru hesab edilmir?

A) Helikobacter Pilori

B) Psixi emosional stress

C) Tütün çəkmə

D) Mədə şirəsinin yüksək proteolitik aktivliyi

E) Qeyri-müntəzəm qidalanma


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
375) Disfagiya hansı xəstəlikdə müşahidə edilir?

A) Qida borusunun xərçəngi

B) Ağciyər xərçəngi

C) Qırtlağın xərçəngi

D) Mədə xərçəngi

E) 12 barmaq bağırsaq xərçəngi


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvan nəşr”. Bakı 2004
376) Disfagiya nədir?

A) Udma və həzm funksiyasının pozulması

B) Motor funksiyasının pozulması

C) Udma aktının pozulması

D) Həzmetmə funksiyasının pozulması

E) Sekretor funksiyasının pozulması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
377) Mədə dispepsiyasına nə daxildir?

A) Epiqastral nahiyədə ağrı, göynəmə, turş gəyirmə, meteorizm, qəbizlik

B) Epiqastral nahiyədə ağrı, gəyirmə, hıcqırma, qarında köpmə, ishal

C) Epiqastral nahiyədə ağrı, hıçqırma, gəyirmə, meteorizm, ishal

D) Epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, qarında qurultu, qəbizlik

E) Epiqastral nəhiyədə ağrı, göynəmə, turş gəyirmə, ürək bulanma, qusma


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
378) Bağırsaq dispepsiyasına hansı simptomlar aiddir?

A) Qarında qurultu, ürəkbulanma, qusma

B) Qarında qurultu, meteorizm, ishal, qəbizlik

C) Göynəmə, turş gəyirmə, ürəkbulanma, qusma

D) Ürəkbulanma, qusma, meteorizm

E) Qarında ağrı, gəyirmə, qusma, qəbizlik


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
379) Anoreksiya hansı xəstəlik üçün xarakterik deyil?

A) Xroniki böyrək çatışmamazlığı

B) Mədə xərçəngi

C) Xroniki hiperasid qastrit

D) Xroniki pankreatit

E) Mədəaltı vəzi şişi


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin