30) Hemofiliyalı uşaq kim tərəfindən daim nəzarətdə saxlanılmalıdır? Hemofiliya ilə xəstə olan uşaqlar daim müalicə almalıdır. Belə uşaqlar dispanser qeydiyyata götürülməli və daim hematoluqun nəzarətində olmalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр361
31) Uşaqlara hansı xəstəlik zamanı əlillik verilir? Hemofiliya irsi xəstəlik olub, tez - tez təkrarlanan və ağır gedişli qanaxmalarla davam edən bir xəstəlikdir. Belə xəstələrə daim qan köçürmək lazım gəlir. Belə xəstələrə əlillik verilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр360
32) Yenidoğulmuşda sepsisin olduğuna şübhə olarsa tibb bacısının taktikası necə olmalıdır? Yenidoğulmuşlarda sepsis ağır gedişə malik olur, immun sistemi zəiflədir. Əgər tibb bacısı uşaqda sepsis olduğundan şübhələnərsə həkim çağırmalı və xəstəni stasionara köçürmək üçün hazırlamalıdır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр140