24) Uşaqlarda kəskin bronxitin müalicəsində hansı preparatlar işlədilir? Uşaqlarda kəskin bronxit zamanı bronxların selikli qisası şişir, selik ifrazı artır. Belə xəstələrdə bəlğəmli öskürək olur, hərarət qalxır və təngnəfəslik baş verir. Müalicə zamanı antibiotiklərdən, bəlğəmgətiricilərdən və hərarətsalıcı preparatlardan istifadə olunur. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 148
25) Uşaqlarda sadə diarreyanın (dispepsiya) əmələ gəlmə səbəbi nədir? Sadə diarreya kəskin həzm pozğunluğudur. Uşağın qida rejimi düzgün qurulmadıqda, onu çox yedizdirdikdə, suyu az verdikdə baş verir. Uşaqda qusma və ishal olur. Düzgün qulluq nəticəsində xəstə tez sağalır. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 52
26) Uşaqlarda toksik diarreya (dispepsiya) zamanı çay - su fasiləsi neçə saat təyin olunur? Uşaqlarda toksiki diarreya zamanı infeksiyaların toksinləri əmələ gətirdiyi üçün arasıkəsilməz qusma və ishal olur. Nəticədə orqanizmdə susuzluq (eksikoz) və toksinlərin təsirindən toksikoz əlamətləri baş verir. Bu vəziyyətdə uşağa kömək etmək məqsədi ilə 24 saat çay - su fasiləsi təyin edilir. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 54
27) Ensefalopatiyalı uşaqda qıcolmanın qarşısını almaq üçün hansı preparat istifadə edilə bilər? Ensefalopatiya mərkəzi sinir sisteminin və beyin toxumasının zədələnməsidir. Müalicəsi erkən aparılmalı və kompleksli olmalıdır. Orqanizmin müqavimətini artırmaq üçün vitaminlər təyin edilir. Qıcolmanın qarşısını almaq üçün isə uşağa fenobarbital verilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр120