20) Uşaqlarda plevrit hansı əlamətlərlə xarakterizə olunur? Uşaqlar arasında plevritə bütün yaş dövrlərində rast gəlinir. Plevra boşluğuna maye və irin yığıldığına görə hərarət yüksəlir, dərindən nəfəs aldıqda, nəfəs verdikdə, uşaq öskürdükdə şiddətli ağrı əmələ gəlir. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 184
21) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir? Anadangəlmə ürək qüsurları yenidoğulmuşlar arasında təsadüf edilən inkişaf anomaliyaları arasında geniş yer tutur. Əsas səbəblərdən biri bətndaxili infeksiyalardır. Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 218