62) Ana 5 yaşlı uşağının bədənində səpkilər olduğundan şikayət edir. Uşaq bağçaya gedir, oradakı bütün uşaqlarda da belə səpkilər olduğunu qeyd edir. Uşağın temperaturu normaldır, üzündə, bədənində və ətrafında xırda papulyoz çəhrayı səpkilər var, dərinin rəngi dəyişib. Boyun arası limfa vəziləri əllənir, ağrısızdır. Əsnək qızarmışdır. Hansı xəstəlikdən şübhələnmək olar? Uşağın vəziyyəti kafidir. Epidemik vəziyyətə, xəstənin şikayəti və anamnezə əsasən məxmərək diaqnozu qoymaq olar. Bütün bədəndə normal temperaturda xırda papulyoz çəhrayı səpkilərin olması , boyunətrafı limfa vəzilərinin böyüməsi, ağrısız olması kimisimptomlar məxmərək üçün xarakterikdir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 497
63) Pasternatski simptomu hansı üsulla yoxlanılır? Pasternadski simptomu pielonefrit xəstəliyi zamanı yoxlanılır və müsbət olur. Pieolonefrit zamanı iltihabı prosesə böyrək ləyəni və kanalı da cəlb olunduğuna görə belə ağrılar olur. Xəstənin bel nahiyəsini döyəclədikdə bu ağrı daha da artır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 422
64) Qlomerulonefrit xəstəliyi keçirmiş uşaqlar neçə il dispanser nəzarətdə saxlanılır? Qlomerulonefrit immunoallergik xəstəlikdir, bu zaman prosesə böyrək toxuması qoşulur. β hemolitik streptokokkların A - qrupu xəstəliyi törədir. Uşaqlarda ağır gedişli olur. Belə uşaqlar stasionar və ambulator müalicədən sonra 5 il müddətində dispanser qeydiyyatında saxlanılır və 3 ayda bir müayinədən keçirir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 433
65) Qlomerulonefrit xəstəliyi iə stasionardan evə yazılan uşaq neçə müddət ambulator müalicə almalıdır? Qlomerulonefrit uşaqda ağır gedişli olduğuna və residiv verici xüsusiyyətə malik olduğu üçün, belə uşaq stasionardan sonra 6 - 10 aydan 2 - 3 yaşa kimi ambulator müalicə almalıdır. 5 il isə dispanser qeydiyyatında olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 433
66) Yenidoğulmuş uşağın çəkisi ən az nə neçə qramdan aşağı olduqda bağlı küvezə qoyulur? Çəkisi 1500qr - dan az olan və ağır vəziyyətdə olan yenidoğulmuş ilk günündən qapalı küvezə qoyulur. Bu zaman küvezin tmperaturu 30 - 350C olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 116
67) Uşaqlarda disbakteriozun müalicəsində təyin edilir.
Uşaqlarda antibakterial müalicədən, əsasən mədə - bağırsaq infeksiyalarından sonra bağırsaq florası pozulur, disbakterioz əmələ gəlir. Bunun qarşısını amaq üçün bioloji preparatlar: bifidobakterin, bifikol, kolibakterin və s. təyin olunur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 568
68) Fellinq sınağı hansı xəstəliyin diaqnostikası məqsədilə aparılır?
Fenilketonuriya maddələr mübadiləsi pozğunluğu olub, fenilalaninin tirozinə keçməsinə kömək edən fermentin defisiti zamanı baş verir. Nəticədə bu fermentin qanda miqdarı artır, fenilpiroüzüm şəklində sidiklə xaric olur. Bu isə Fellinq sınağı vasitəsilə aşkar edilir. Bunun üçün sidiyə və ya sidikli əskiyə 10% li dəmir - xlorid məhlulu əlavə edilir, yaşılımtıl göy rəng sınağın müsbət olduğunu göstərir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва1986. стр. 203
69) Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir? Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən tədricən başlayır: ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu pozulur. Xoreyanın əsas əlaməti olan hiperkinezlər baş verir: ayrı - ayrı əzələ qruplarında qeyri - iradi hərəkətlər edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 264
70) Revmatizmin ikincili profilaktikası hansı preparatla aparılır?
Revmatizmin ikincili profilaktikası residivlərin qarşısını almaq üçün aparılır. Bu məqsədlə bisilin - 5 və asetil salisil turşusu təyin edilir və xəstə uşaq dispanser qeydiyyata götürülür. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 267
71) İntoksikasiya , qarında və beldə ağrı, Pasternadski simptomunun (+) olması böyük yaşlı uşaqlarda hansı xəstəliyin mövcud olduğunu göstərir.
Kəskin piolonefritdə temperatur 38 - 40 oC - yə qədər yüksəlir, iştaha pozulur, bəzən mədə - bağırsaq pozğunluqları aşkara çıxır, sidik ifrazı çətinləşir. Uşaq qarnında və belində ağrılardan şikayət edir. Pasternadski simptomu müsbət olur. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 423
72) Dehidratasiya zamanı uşağa per os nə təyin olunur? Bağırsaq infeksiyaları zamanı uşaqda baş verən dehidratasiya nəticəsində orqanizmdə su - duz mübadiləsi pozulur, K və Na elementlərinin defisiti baş verir. Dehidratasiya zamanı uşağa "Oralit", "Rehidron" verilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 564
73) Aşağıdakılardan hansı yenidoğulmuş üçün xarakterikdir?
Yenidoğulmuş uşağın ayağı çətinliklə bükülür, əzələ gərginliyi olur. Bu isə yenidoğulmuş uşaqda bükücü əzələlərin hipertoniyası olduğunu göstərir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 119
74) Uşaqlarda süd dişlərinin daimi dişlərlə əvəz olunması nə vaxt başa çatır? Uşaqlarda dişlər 6 - 7 aylıqdan çıxmağa başlayır. 5 - 7 yaşdan isə süd dişləri daimi dişlərlə əvəz olunmağa başlayır. Bu proses 11 - 12 yaşda başa çatır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 50
75) Uşaqlarda pankreatit necə xəstəlikdir? Uşaqlarda pankreatit iltihabi - distrofik xəstəlik olub, tədricən başlayır, uzun gedişli olur və ciddi müalicə tələb edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 408
76) Sol döş qəfəsinə irradiasiya edən kəmərvari ağrı hansı xəstəlik üçün xarakterikdir?
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyi olub, klinik əlaməti qarnın yuxarı hissəsində ağrının olmasıdır. Uşaq narahat our, qarnına sıxılmış və ya sol böyrü üstə bükülmüş vəziyyət alır. Bu ağrılar tutma şəkilli olur. Kəmərvari ağrı sol qola, sol döş qəfəsinə irradiasiya edir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 407
77) Pielonefrit zamanı xəstəliyin hansı dövründə ciddi yataq rejimi təyin edilir.
Pielonefrit xəstəliyində əsasən müalicə infeksiya əleyhinə aparılır. Xəstəliyin kəskin dövründə kompleks müalicə ilə yanaşı xəstəyə ciddi yataq rejimi təyin edilir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 424
78) Follikulyar anginanın diaqnostikası məqsədilə nə etmək lazımdır?
Difteriya xəstəliyinin əsas simptomlarından biri follikulyar anginadır. Ona görə də uşaqda follikulyar angina diaqnozu qoyulubsa , mütləq badamcıqlardan yaxma götürülür. Difteriya xəstəliyini difteransasiya etmək üçün yaxmada Loffler çöplərinin olub- olmaması yoxlanılır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 529
79) Bağırsaq infeksiyası aşkar olunmuş ocaqda neçə gün karantin saxlanılır?
Bağırsaq infeksiyası ilə xəstələnmiş uşaqla təmasda olan uşaqlar 7 gün nəzarətə götürülür və bir dəfə bakterioloji müayinə aparılır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 568
80) Uşaqlarda öd kisəsi və öd yollarının birgə iltihabı necə adlanır? Öd kisəsinin iltihabı xolesistit, öd yollarının iltihabı xolangit, onların birgə iltihabı isə xolesistoxolangit adlanır. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 108
81) Qızdırma, təngnəfəslik, öskürək hansı xəstəlik ücün xarakterdir? Pnevmoniya polietioloji xəstəlik olub, uşaqlar arasında geniş yayılmışdır. Gedişinə görə kəskin və xroniki olur. Kəskin pnevmoniya ücün qızdırma, təngnəfəslik və öskürək xarakterikdir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 162
82) Doğuş travması nəticəsində mərkəzi sinir sisteminin zədələnməsinin əsas səbəbi nədir?
Doğuş travması nəticəsində mərkəzi sinir sisteminin zədələnməsinin əsas səbəbi hipoksiyadır. Səbəbi antenatal və intranatal dövrdə qısa, uzun müddətdə dölün oksigen aclığı və doğuş vaxtı aldığı zədə ola bilər. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 120
83) Döşdə qalan südün sağılmasında məqsəd nədir?
Uşaq əmizdirildikdən sonra döşdə qalan süd sağılmalıdır kı, süd ifrazı artsın. Əks hal südün azalmasına, yəni hipoqalaktiyaya səbəb ola bilər. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 180
84) Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu necə sm - dir? Yenidoğulan qızlarda sidik kanalının uzunluğu 1 - 2 sm. olur. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom ik - fizioloji xüsisiyyətləri. səh. 177
85) Yenidoğulmuş oğlan uşağında sidik kanalının uzunluğu neçə sm olur?
Yenidoğulmuş oğlan uşağında fizioloji olaraq sidik kanalının uzunluğu 5 - 6 sm olur. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 177
86) Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır?
Anadangəlmə ürək qüsurunun əsas müalicəsi cərrahi yolladır. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218
87) Revmatik endokarditdə ürəyin hansı qapaqları zədələnir? Revmatizm ürəyin bütün qişalarını zədələyir - nəticədə endokardit, miokardit, perikardit əmələ gəlir. Endokardit daxili qişanın iltihabıdır. Endokardit nəticəsində ürəyin mitral qapaqları zədələnir. Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 228
88) Uşaqda arterial təzyqin aşağı olması nə ilə əlaqədardır? Uşaqlarda arterial təzyiqin aşağı olması , ürək - damar sisteminin anatomik - fizioloji xüsusiyyəti ilə əlaqədardır. Uşaqlarda arteriyalar geniş, sol mədəciyin həcmin kiçik olduğundan ürəyin qanvurma qabiliyyəti zəif olur. Bu səbəbdən də uşaqlarda arterial təzyiq aşağı olur. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 132
89) Uşaqlarda döş kifozu necə aylıqda əmələ gəlir?
Bir yaşa qədər uşaqlarda sümük toxuması su və üzvi maddalərlə zəngin, mineral maddalər isə az olur. Bu səbəbdən də uşaq oturmağa, yeriməyə, gəzməyə başlarkən onun onurga sütununda əyriliklər əmələ gəlir . Döş kifozu uşağın 6 - 7 aylığında baş verir. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 50
90) Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə olunur? Rinit burnun selikli qişasının iltihabı xəstəliyi olduğuna görə, bu zaman selikli qişa şişir. Uşağın burnu tutulduğundan, əmmə zamanı nəfəs alma çətinləşdiyi üçün döşü əmə bilmir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 23
91) Larinqotraxeitin ağırlaşması nədir? Larinqotraxeit - qırtlağın və nəfəs borusunun birgə iltihabıdır. Bu zaman qırtlağın selikli qişası və səs telləri şişir, qırtlaq daralır, tənəffüs çətinləşir - yalançı inaq əmələ gəlir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
92) Uşaqlarda burun - udlaq keçəcəyinin iltihabı necə adlanır? Nazofaringit burun - udlaq keçəcəyinin iltihabıdır. Uşaqlarda orqan və sistemlər müəyyən yaşa qədər funksional cəhətdən tam yetişmədiyinə görə bir orqan zədələndikdə, digəri də bu prosesə qoşulur. Məsələn: uşaqda burun boşluğunun iltihabına burun - udlaq keçəcəyi də qoşulur ki, nəticədə nazoofaringit əmələ gəlir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
93) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı ürək fəaliyyətini tənzimləmək üçün hansı istifadə olunur? Korqlükon ürək qlukozidlərindən biri oub ürək fəaliyyətini normallaşdırmaq üçün geniş tətbiq edilən preparatdır. Ən güclü kardiotonik təsirə malikdir. Ədəbiyyat: Ə. Tağıyev. Neonatalogiya. səh. 467
94) Travma zamanı yalnız sınığa xas olan əlamət hansıdır? Sınıq nahiyəsi palpasiya edildikdə sınmış sümük qırıntıları qar xışıltısına bənzər xarakterik səs yaradır və bu krepitasiya adlanır. Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı”. “Çıraq” nəşriyyatı 2008. Səh. 256
95) Bədxassəli şişə məxsus əlamət hansıdır? Xoş xassəli şişlər məhdud nahiyəni əhatə edir, ətraf toxumalara yayılmır. Bəd xassəli şişlər isə ətraf toxumalara sirayət edərək metastaz verir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165
96) Trizm hansı xəstəliyə məxsusdur? Tetanus zamanı çeynəmə əzələlərinin qıcolması baş verir ki, bu əlamət trizm adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149
97) İrinli yaraya drenaj boru nə üçün qoyulur?
İrinli yaraların sağalması üçün yara möhtəviyyatı xaric olunmalıdır ki, bu da drenaj borular vasitəsilə həyata keçirilir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
98) “Eynək” simptomu nə zaman baş verir? Kəllə əsasının sümüklərinin sınığı zamanı göz çuxurlarına qansızma baş verir və bu (eynək şəklində) bu “eynək” simptomu adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170
99) III dərəcəli donma üçün xarakterik xüsusiyyətlər hansıdır? III0 - li dərəcəli donmalarda I - II dərcəli donmalardan fərqli olaraq dərinin üst qatlarında nekrotik proses əmələ gəlir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122
100) Paronixiya nəyin iltihabıdır? İltihab dırnaqətrafı yastıqda, dırnaq və dırnaq yatağında olduqda paronixiya adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 145
101) Kəskin ostemiolit nədir?
Sümük və sümük iliyində baş verən iltihabı proses osteomielit adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 143
102) Reinfuziya nədir? Bəzən travma nəticəsində, uşaqlıqdan kənar hamiləlik zamanı və digər hallarda qarın boşluğuna toplanan qan “infeksiyalaşmamışsa” Esmarx parçı ilə tənzifdən süzülərək yenidən xəstənin özünə köçürülür. Bu proses reinfuziya adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 88
103) II dərəcəli yanıqların fərqləndirici xüsusiyyəti hansıdır? II dərəcəli yanıqlarda I dərəcəli yanıqlardan fərqli olaraq hiperemiya fonunda suluqlar əmələ gəlir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 114
104) Kəllə əsası sümüklərinin sınıqları nə ilə müşayət olunur?
Kəllə əsası sümüklərinin sınıqları zamanı qulaqdan və burundan əvvəlcə qanlı, sonra şəffaf beyin mayesi, likvor xaric olur. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170
105) Hidrodenit hansı vəzilərin irinli iltihabıdır?
Adətən gigyenaya əməl olunmadıqda tər vəzilərində iltihabı proses baş verir ki, bu hidrodenit adlanır. Ən çox qoltuqaltı nahiyədə rast gəlinir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
106) Abses nədir? Kəskin cərrahi infeksiyalar nəticəsində, çox vaxt inyeksiya zamanı sterilliyə əməl etmədikdə toxumalarda məhdud nahiyyədə irinli iltihab yaranır ki, bu abses adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
107) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur ?
Aşağı ətrafın çirklənmiş yaralanmalarında anaerob infeksiya təhlükəsi olduğuna görə qanqrenanın profilaktikası məqsədilə qanqrena əleyhinə zərdab vurulmalıdır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh.
108) Paranefral blokada üçün novokainin neçə % - li məhluldan istifadə olunur? Paranefral blokada zamanı çox miqdarda novakain istifadə olunduğu üçün zəhərlənmə əmələ gəlməsin deyə yalnız novakainin 0, 25% - li məhlulundan istifadə olunur. Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45) 109) Furunkul nədir? Furunkul tük follikulunun iltihabıdır kəskin cərrahi yerli infeksiyalara aid olub tük follikulunun iltihabıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 110) Fleqmonanın yumşalma mərhələsində hansı müalicə növündən istifadə olunur?
Fleqmonanın yumşalma stadiyasında irinin xaric olunması üçün geniş kəsik aparılır və drenaj qoyulur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 273) 111) Hidrodenit ən çox harada lokalizə olunur?
Hidrodenit tər vəzilərinin iltihabı olduğu üçün tər vəzilərinin ən çox yerləşdiyi qoltuqaltı nahiyədə daha çox rast gəlinir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 112) Karbunkul zamanı kəsik apardıqda anesteziyanın hansı növündən istifadə olunur?
Karbunkul zamanı irinli proses daha dərin və böyük olduğuna görə kəsik aparılarkən anesteziya məqdəsilə venadaxili narkozdan istifadə olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 113) Flukutasiya nədir?
İnfiltrativ proses inkişaf etdikcə infiltrasiyanın mərkəzində yumşalma əmələ gəlir. Yumşalma nahiyyəsinə ehtiyatla əllə toxunduqda zəif dalğavari hərəkət əmələ gəlir ki, bu fluktasiya adlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 114) Pandaktilit nəyin iltihabıdır? Pandaktilitbarmağın bütün toxumalarının iltihabıdır. Adətən paronixiyalardan sonra inkişaf edir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 260)
115) Paraproktit zamanı hansı yerli əlamət olur? Paraproktit anus ətrafı vəzilərin iltihabı xəstəliyidir. Anus ətrafında defekasiya zamanı güclənən ağrı ilə müşayiət olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 285) 116) Donmaların hansı dərəcələri ambulator şəraitdə müalicə oluna bilər? I və II dərəcəlidonmalar yüngül donmalar sayıldığına görə və nekrotik proses inkişaf etmədiyinə görə ambulator şəraitdə müalicə oluna bilər. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 270) 117) Sınıqlar zamanı psevdoartroz nə zaman yaranır? Sümük fraqmentləri düzgün bitişmədikdə yalançı oynaq formalaşır ki, bu psevdoartroz adlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 280)
118) Donor qanına laxtalanmaması məqsədi ilə nə əlavə olunur? Natrium sitrat məhlulu laxtalanmanın qarşısını aldığına görə donor qanının konservləşdirilməsi zamanı laxtalanmaması məqsədilə qana 2, 6% - li Natrium - sitrat əlavə olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 279) 119) Süd vəzisinin xərçənginə şübhə olduqda hansı müayinə aparılır? Süd vəzinin xərçəngində şübhə olduqda xəstə biopsiya, mamoqrafiya, palpasiya, həmçinin ultra səs müayinəsi aparılmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 277) 120) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır? “Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili hospitalizasiya olunmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290) 121) 2% - li “Lizetol” - AF məhlulunda metal alətlər neçə dəqiqə saxlanılmalıdır? Metal və şüşədən hazırlanmış alətlər 60 dəqiqə müddətində 2% - li lizetol məhlulunda saxlanılmalıdır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 88) 122) Lizetol məhlulundan neçə gün istifadə etmək olar? Lizetol məhlulu müvafiq faizlə hazırlandıqdan sonra 7 gün istifadə üçün yararlıdır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 88) 123) Metal alətləri sterilizasiyaya hazırlayarkən korroziya əleyhinə nədən istifadə edilir? Axar su altında alətlər yarım dəqiqə yuyulduqdan sonra 7 saata qədər dezinfeksiyaedici məhlulda saxlanılır. Korroziya əleyhinə 1% - li natrium benzoat məhlulundan istifadə edilir. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 87) 124) 70 % - li spirt neçə gündən bir dəyişdirilməlidir? 70% - li spirt ağzı bağlı tünd rəngli şüşə qabda olur. Spirt hər 3 gündən bir dəyişdirilməlidir. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110) 125) Ağzı bağlı qabda steril spirtli pambıq kürəciklərdən neçə gün istifadə etmək olar? Spirtə qənaət məqsədilə şüşə qablara steril pambıq kürəciklər sıx yerləşdirilərək üzərinə spirt əlavə edilir. Bu spirtli kürəciklərdən 1 gündən artıq istifadə etmək düzgün deyil. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110) 126) Xəstəxananın aptekində hazırlanmış steril məhlullar hansı rənglə nişanlanır?
Xəstəxananın aptekində hazırlanmış dərman vasitələrinin flakonlarının üzərində məhlulun hazırlandığı tarı, hazırlayanın soyadı və istifadə üçün rəng nişanı olmalıdır. Steril məhlullar mavi rənglə rənglənir. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 111) 127) Ağciyərin süni ventilyasiya aparatına qoşulmuş xəstədə tənəffüsün sayı bir dəqiqədə neçə olmalıdır? Uzanıqlı, sakit vəziyyətdə insanın 1 dəqiqə ərzində tənəffüsün sayı 12 - yə bərabər , bu da təxminən hər 5 saniyədən bir baş verir. Bu prinsip nəzərə alınmaqla süni tənəffüs aparatına qoşulmuş xəstələrdə bu qayda ilə aparılır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 270)
128) Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə başlanır?
Ətraflara sarğı qoyulduqda ona orta fizioloji vəziyyət verilməli, saat əqrəbi istiqamətində soldan sağa sarınmalıdır. Sarğının növündən asılı olmayaraq ilk dövrə bu qayda ilə yəni dairəvi - sirkulyar sarğı ilə başlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 96) 129) Diz və dirsək oynağına qoyulan tısbağavari sarğının neçə forması var?
Tısbağavari sarğı dirsək və diz oynaqlarını sarımaq üçün münasibdir və qoyulma üsulundan asılı olaraq 2 forması: yaxınlaşan və uzaqlaşan formaları işlədilir. Yaxınlaşan sarğıda bint oynaqdan yuxarıda və aşağıda dairəvi sarınaraq, oynaq çuxurunda çarpazlaşdırılır. Uzaqlaşan sarğıda isə bintin birinci dolağı oynağın ortasından aparılaraq sonrakı dolaqlar biri - birinin üçdə iki hissəsini örtməklə oynaqdan yuxarıda və aşağıda aralanıb uzaqlaşır. Ədəbiyyat: N. P. Paleyev. Tibb bacısının məlumat kitabı. (səh - 310)