290) Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir ? A) Xəstəni xərəyə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır
B) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
C) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir
D) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır +
E) Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır
291) Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır? A) İmalə ilə
B) Mədənin yuyulması ilə +
C) Dəri altına və ya venaya məhlul yeritməklə
D) Dəri altına atropin vurmaqla
E) Ürək-damar preparatları yeritməklə
292) Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır? A) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq
B) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq
C) Xəstəni ən yaxın xəstəxanaya aparmaq
D) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)
E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq +
293) Poliuriya nədir? A) Sidik ifrazının olmaması
B) Tez - tez az miqdarda sidik ifrazının olması
C) Sidik kisəsinin boşalmasının mümkün olmaması
D) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması
E) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması +
294) Taxikardiya zamanı aşağıda göstərilən yardımlardan hansını tibb bacısı ancaq həkimin göstərişindən sonra edə bilər? A) Venaya novokainamid, inderal və s. antiaritmik preparat yeridər +
B) Qarında günəş kələfi nahiyəsinə təzyiq edər
C) Göz almalarına barmaqla təzyiq edər
D) Süni qusdurma tətbiq edər
E) Yuxu arteriyası nahiyəsinə təzyiq edər
295) Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir? A) Həkimin göstərişi ilə qanburaxma aparır
B) Venaya sürətlə strofantin və ya korqlükon yeridir +
C) Xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir
D) Oksigenoterapiya aparır
E) Xəstənin ətraflarına turna qoyur