Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?


) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?



Yüklə 195,53 Kb.
səhifə31/137
tarix29.06.2022
ölçüsü195,53 Kb.
#62508
1   ...   27   28   29   30   31   32   33   34   ...   137
Tibb bacısı2021

262) Nəbzi hansı arteriyalarda saymaq mümkündür?
A) Mil arteriyasında
B) Gicgah arteriyasında
C) Sadalanan bütün arteriyalarda +
D) Yuxu arteriyasında
E) Bud arteriyasnda
263) Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda sadalananlardan hansına icazə verilir?
A) Yalnız ayaqyoluna getmək
B) Şöbədə gəzmək
C) Yalnız çarpayıda hərəkət etmək +
D) Xəstəxananın həyətində gəzmək
E) Xəstəxananın ərazisindən kənarda gəzmək
264) Böyüklərdə mədənin yuyulması üçün neçə litr təmiz su lazımdır?
A) 10 +
B) 2
C) 1
D) 0,5
E) 4
265) Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas simptomlarındandır?
A) Qusma +
B) Bəlğəm ifrazı
C) Boğulma
D) Təngnəfəslik
E) Öskürək
266) Yataq yaralarının profilaktikasına nə aiddir?
1) Yataq ağlarının tez-tez dəyişdirilməsi
2) Xəstəyə tənəffüs gimnastikası etdirmək
3) Yataq ağlarının həftədə bir dəfə dəyişdirilməsi
4) Xəstənin dərisinin dezinfeksiya edici məhlullarla silinməsi
5) Xəstəni rejimlə qidalandırmaq
A) 1,4 +
B) 2,5
C) 1,3
D) 2,4
E) 4,5
267) Qusuntu kütləsinin laboratoriyaya göndərmək lazım gəldikdə tibb bacısı aşağıda sadalananlardan nəyi düz etmir?
A) Qusuntunu dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti yerdə saxlayır +
B) Xəstə sutkada bir neçə dəfə qusursa, hər dəfə qusuntunu ayrıca qaba yığır
C) Xəstə barədə lazımi məlumatları və analizin məqsədini yazıb bankaya yapışdırır
D) Qusuntunu ağzı enli bankaya töküb, ağzını bağlayır
E) Qusuntunu üzərində miqdarı dərəcələnmiş bankaya yığır
268) Növbətçilik (növbəni qəbul etmək və təhvil vermək) zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının səhvidir?
A) Növbəni qəbul edən tibb bacısı narkotik maddələrin yerində olub olmadığını yoxlayır, jurnala qol çəkir
B) Növbəni qəbul edən tibb bacısı termometrləri, dərmanları, A və B şkafının açarlarını təhvil alır
C) Təyinatların və laborator göndərişlərin siyahısını alır
D) Tibb bacısı öz növbəsi bitdikdə onu əvəz edən şəxsi gözləmədən gedir +
E) Növbəni qəbul edən tibb bacısı özündən əvvəlki tibb bacısı ilə palataları gəzir, ağır xəstələri xüsusi jurnalda qeyd edir

Yüklə 195,53 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin