Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?


) Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?



Yüklə 195,53 Kb.
səhifə30/137
tarix29.06.2022
ölçüsü195,53 Kb.
#62508
1   ...   26   27   28   29   30   31   32   33   ...   137
Tibb bacısı2021

254) Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?
A) Qazçıxarıcı boru qoymaq
B) Xəstənin mədəsinin yuyulması +
C) Çobanyastığı dəmləməsi ilə imalə etmək
D) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək
E) Xəstəyə aktivləşdirilmiş kömür vermək
255) Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
A) Dəriiçi inyeksiya
B) Dəriyə sürtmək
C) Vena daxili inyeksiya
D) Həb şəklində qəbul etmək +
E) Gözə damızdırmaq


256) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
A) Aşağı içəri
B) Sağrının orta hissəsində
C) Yuxarı içəri
D) Yuxarı xarici +
E) Aşağı xarici


257) Mədənin yuyulmasına əks-göstəriş hansıdır?
A) Qida zəhərlənmələri
B) Dərman zəhərlənmələri
C) Mədə turşuluğunun artması
D) Qida borusundan olan qanaxmalar +
E) Alkoqolla zəhərlənmələr


258) Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?
A) Xəstə hıçqırır
B) Xəstə öyüyür
C) Zondla mədəyə maye yeridilir
D) Zonddan mədə möhtəviyyatı xaric olur
E) Xəstə göyərir, narahat olur +


259) İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?
A) Sepsis
B) Sinir kötüklərinin zədələnməsi
C) Tromboflebit
D) Anafilaktik şok +
E) Abses


260) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?
A) Narkotiklər
B) Antibiotiklər
C) Vaksinlər
D) Vitaminlər
E) İnsulin +


261) Müayinə üçün əsnəkdən material götürərkən tibb bacısı aşağıda sadalananlardan hansını düz etmir?
A) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra götürür +
B) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır
C) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür
D) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür
E) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır
.



Yüklə 195,53 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin