481) Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozası nə qədərdir? A) 100 mq
B) 400 mq +
C) 800 mq
D) 700 mq
E) 600 mq
482) Anemiya zamanı qanda nə baş verir? A) Leykositlərin miqdarının azalması
B) Eritrositlərin sayının artması
C) Hemoqlobin və eritrositlərin sayının azalması +
D) Trombositlərin sayının azalması
E) Qanın formalı elementlərinin sayının azalması
483) Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur? A) Laxtalanmanın pozulması +
B) Disproteinemiya
C) Hipovolemiya
D) Hipervolemiya
E) Disbakterioz
484) Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir? A) Hipofiz vəzinin
B) Epifiz vəzinin
C) Qalxanvari vəzinin
D) Mədəaltı vəzinin +
E) Qara ciyərin
485) Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır. A) 0-3 mmol/l
B) Sağlam uşaqda təyin olunmur
C) 7 mmol/l
D) 3,3-5,5 mmol/l +
E) 6,5-7,5 mmol/l
486) Eksudativ kataral diatezli uşağın qidalanmasında aşagıdakılardan hansı düzgün deyil? 1) Şəkər-ksilit və ya sorbitlə əvəz edilir. 2) Ət bulyonu verilir. 3) Balıqdan hazırlanmış qidalar verilir 4) Heyvani yağ-bitki yağı ilə əvəz edilir, 5) Xörək duzu azaldılır. 6) İnək südü verilir. A) 3,5,6
B) 1,3,5
C) 2,4,6
D) 2,3,6 +
E) 1,2,6
487) Yenidoğulmuşun ağzında selikli qışada ərp :süd yarası aşkar edilir.Bu bilavasitə nəyə səbəb olur. A) Bədən temperaturunun yüksəlməsinə
B) Sidik ifrazının pozulmasına
C) Tənəffüsün tezləşməsinə
D) Əmmənin çətinləşməsinə +
E) Defekasiya aktının tezləşməsinə
488) Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir? A) tərkibində karbohidrat azdır
B) tərkibində fermentlər çoxdur
C) tərkibində immunoqlobulinlərin miqdarı çoxdur +
D) tərkibində yağlar azdır
E) tərkibində zülal azdır