498) Hansı uşaqlarda tərəvəz püresi daha erkən müddətdə təyin edilir? A) Hipotrofiyalı uşaqlara
B) Əkiz doğulmuşlara
C) Kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlara
D) Bətndaxili zədələnməsi olan uşaqlara
E) Raxit, anemiyası olan uşaqlara, yarımçıq doğulmuşlara +
499) Sadə qarışıqlar nə ilə hazırlanır? A) Kəsmik və düyü həlimi ilə
B) Düyü həlimi və qatıqla, düyü həlimi və südlə +
C) Tərəvəz həlimi və düyü həlimi ilə
D) Mannı yarması və su ilə
E) Qatıq və südlə
500) Süni qidalanmaya keçməyin səbəbi ola bilməz? A) Yarımçıq doğulmuş uşaq
B) Ana südünün çox olması +
C) Ana südünün yararsız olması
D) Uşağın inkişaf qüsurları
E) Ana südünün olmaması
501) Doğulduqdan sonra yeni doğulma dövrü hansı müddət hesab edilir? A) 4 ayadək
B) 10 ayadək
C) 1 ayadək +
D) 2 ayadək
E) 3 ayadək
502) Uşaqda raxit xəstəliyinin yaranmasının səbəbi ? A) A vitamininin çatışmazlığı
B) Dəmir çatışmazlığı
C) C vitaminin çatışmazlığı
D) D vitamininin çatışmazlığı +
E) B qrup vitaminlərinin çatışmazlığı
503) Spazmofiliyaya uşağın hansı yaşlarında təsadüf edilir? A) 1,5-2 yaşadək +
B) 3 yaşdan yuxarı
C) 5-7 yaşadək
D) 4 yaşadək
E) 6 ayadək
504) İsitqacın yerli təsiri hansıdır?. A) Qan dövranını yaxşılaşdırır,iltihabı prosesin sorulmasına kömək edir +
B) Damarı daraldır.
C) Dərini oyadır, qan dövranını yaxşılaşdırır
D) Qanaxamanı dayandırır.
E) Bədəni soyudur, iltihabı prosesin sorulmasına kömək edir
505) Qanda şəkərin artması necə adlanır ? A) Hipoqlikemiya
B) Leykopeniya
C) Hipoqlükozuriya
D) Hiperqlikemiya +
E) Hiperqlükozuriya
506) Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir? A) Mədəaltı vəzin +
B) Böyrəyin
C) Dalağın
D) Hipofizin
E) Qaraciyərin