792) Appendektomiya əməliyyatına neçə metr tənzif işlədilir?
A) 30 - 40 m
B) 7 - 8 m
C) 3 - 4 m
D) 15 - 20 m
E) 1 - 2 m
Ədəbiyyat: Qostişev. (səh - 12)
793) Optik alətlərin paroformalin şkaflarda sterilizasiya müddəti neçə saatdan az olmamalıdır?
A) 24 saat
B) 48 saat
C) 10 saat
D) 6 saat
E) 12 saat
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
794) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır?
A) 5 gündən sonra
B) 15 - 20 gündən sonra
C) 3 gündən sonra
D) 30 gündən sonra
E) Dərhal
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997 (səh - 121)
795) Boyun venalarından qanaxma zamanı zərərçəkmişin ölümünə səbəb nədir?
A) Hava emboliyası
B) Anemiya
C) Asfiksiya
D) Hb - nin azalması
E) Hipoksiya
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 74)
796) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun neçə faizli məhlulundan istifadə edilir?
A) 1% - li
B) 0. 1% - li
C) 0. 3% - li
D) 5% - li
E) 3% - li
Ədəbiyyat: İnkova A. N. (səh - 132)
Dostları ilə paylaş: |