1004) Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?
A) Əməliyyat ərəfəsində aparılır
B) Bir gün əvvəl aparılır
C) Aparılmır
D) Əməliyyat stolunda aparılır
E) Əməliyyatdan əvvəl sanitar otağında aparılır
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
1005) Bint sarğısı qoymazdan əvvəl tibb bacısı nəyə nəzər yetirməlidir?
A) Bədənin hərarətinə
B) Nəbzin sayına
C) Tənəffüs aktlarının sayına
D) Patoloji prosesin xarakterinə
E) Arterial təzyiqə
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
1006) Inhalyasiya anesteziyası zamanı dərman maddələri hara yeridilir?
A) Dəri altına
B) Selikli qişalara
C) Əzələ daxilinə
D) Tənəffüs yollarına
E) Dil altına
Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
1007) Anestezist tibb bacısının vəzifələrinə nə aid deyil?
A) İntubasiya vaxtı həkimə kömək etmək
B) Ağ ciyərin süni ventilyasiya aparatına nəzarət etmək
C) Arterial təzyiq və nəbzə nəzarət etmək
D) Narkoz aparatının göstəricilərinə nəzarət etmək
E) Əməliyyat otağının temperaturuna nəzarət etmək
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.242
Dostları ilə paylaş: |