102) Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
A) Difteriya, göyöskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT)
B) Vərəm əleyhinə vaksin (BSJ)
C) Poliomielitə qarşı oral vaksin (OPV)
D) Qızılcaya qarşı olan vaksin
E) Hepatit B-yə qarşı vaksin (EUVAX)
Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
103) Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?
A) Hemofil β çöpləri tərəfindən törədilən xəstəliklərə qarşı vaksin
B) Göy öskürək, difteriya, tetanusa qarşı vaksin (AGDT)
C) Tetanusa qarşı anotoksin (AT)
D) Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM)
E) “B” hepatitinə qarşı vaksin
Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
104) Cansız vaksinlərin əksəriyyəti necə yeridilir?
A) Dərialtı
B) Per oral (ağızdan)
C) Vena daxilinə
D) Dəri daxili
E) Əzələ daxili
Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
105) Hansı yaşda AGDT vaksini vurulur?
A) İstənilən yaşda
B) 2 aylıqdan 6 yaşadək
C) 10 yaşlı uşaqlara
D) 6 yaşdan böyük uşaqlara
E) Yeni doğulmuşlara
Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
106) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı postvaksinal reaksiyalar müşahidə olunur?
A) 3 gündən sonra hərarət yüksəlir
B) Ürəkbulanma, qusma
C) Diareya
D) İnyeksiya yerində abses
E) 2 gün ərzində hərarət yüksəlir, vaksinanın yerində ağrı və şişkinlik ola bilər
Ədəbiyyat: O.S.Seyidbəyov. Təcrübədə immunlaşdırma, Bakı, 2007 (Metodik göstərişlər)
Dostları ilə paylaş: |