148) Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?
A) İmmun variant-irsi meyillik
B) Uşaq orqanizmində yağ mübadiləsinin pozulması
C) Uşaq orqanizmində zülal çatmamazlığı
D) İnfeksion xəstəliklər
E) Gigiyenik qaydaların pozulması
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
149) Eksudativ-kataral diatezin əsas əlamətləri hansıdır?
A) Qan azlığı
B) Hərarətin yüksəlməsi
C) Dəri və selikli qişaların zədələnməsi və iltihabı, su-duz mübadiləsinin pozulması
D) Çəkinin azalması
E) Qusma və ishal
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
150) Qneys uşağın bədəninin hansı hissəsində olur?
A) Dilin üzərində
B) Qarının dərisində
C) Ovuc və ayaq altında
D) Qaşlarda və başın tüklü hissəsində
E) Büküşlərdə
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
151) Süd qartmaqları, eksudativ-kataral diatezlə xəstə uşağın bədəninin hansı hissəsində olur?
A) Kürək nahiyyəsinin dərisində
B) Ağız boşluğunun selikli qişasında
C) Boyun büküşlərində
D) Yanağın dərisində
E) Sağrı və bud nahiyəsinin dərisində
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
152) Eksudativ-kataral diatezli uşaqların selikli qişalarında hansı dəyişiklik olur?
A) Enterit
B) Kolit
C) Qastrit
D) “Coğrafi dil”, konyuktivit, bleforit, rinit, sistit
E) Selikli qişalarda dəyişiklik olmur
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
153) Eksudativ-kataral diatez diaqnozunu təsdiq etmək üçün hansı laborator müayinə edilir?
A) Qanda eozinofil və immunoqlobulin E yoxlanır
B) Nəcisin bakterioloji müayinəsi edilir
C) Qan bilrubinə görə yoxlanır
D) Əsnəkdən yaxma götürülür laborator müayinə edilir
E) Sidiyin ümumi müayinəsi edilir
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
Dostları ilə paylaş: |