Terapiya fənnindən testlər 297) Mədə xorası daha çox hansı yaş qrupunda təsadüf edilir? A) 20-30
B) 25-40
C) 18-25
D) 20-35
E) 40-50
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004 298) Duodenit nədir? A) 12 barmaq bağırsağın iltihabı
B) Yoğun bağırsağın iltihabı
C) Nazik bağırsağın iltihabı
D) Öd yollarının iltihabı
E) Qida borusunun iltihabı
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004 299) Mədə xorasında hansı müasir diaqnostik metod istifadə edilir? A) USM ultrasəs müayinə
B) Duodenal zondlama
C) Ezofaqoskopiya
D) Rentgenoloji müayinə
E) Qastrofibroskopiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004
300) Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir? A) Aclıq, qansaxlyıcı preparatların tətbiqi
B) Mədənin yuyulması, buz qovuğunun tətbiqi
C) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
D) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
E) Aclıq, buz qovuğunun tətbiqi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004 301) Düz bağırsağın iltihabı necə adlanır? A) Kolit
B) Enterokolit
C) Proktit
D) Duodenit
E) Enterit
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004 302) Mexaniki sarılıq hansı xəstəlik üçün xarakterikdir? A) Qaraciyər sirrozu
B) Xroniki hepatit
C) Virus hepatiti
D) Xroniki xolesistit
E) Öd daşı xəstəliyi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004 303) Mədə xorasının kəskinləşmə dövründə xəstə hər gün qusma, “lax yumurta iyli gəyirmə” və arıqlama olarsa bu hansı mədə xorasının ağırlaşmasını göstərir? A) Xoranın bədxassəli transformasiyası
B) Qanaxma
C) Mədənin pilorik hissəsinin stenozu
D) Perforasiya
E) Penetrasiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov. Daxili xəstəliklər «Şirvannəşr». Bakı, 2004